yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ərəblər Bakıda ruslardan çox pul xərcləyir

Ərəblər Bakıda ruslardan çox pul xərcləyir
10-05-2017, 13:43 52 989 dəfə baxılıb
yüklənir...

"Mayın əvvəlindən ölkəmizə daha çox Rusiya, Ukrayna və Qazaxıstandan turistlər gəlməyə başlayıb". Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, MDB ölkələrindən gələn turistlər Bakıda istirahətə üstünlük verirlər.

“Rus turistlər daha çox İçərişəhərdə, Bakının mərkəzində gəzirlər. Onlar bölgələrə o qədər də maraq göstərmirlər. Ruslarla yanaşı, ərəb turistlər də ölkəmizə yenidən axın etməyə başlayıblar. Ruslardan fərqli olaraq onlar Bakı ilə yanaşı, Qəbələ, Quba, Qusar bölgəsində istirahətə üstünlük verirlər”.

N.Bağırov hesab edir ki, ərəb turistlər ruslarla müqayisədə daha çox pul xərcləyirlər.

“Ərəblər dünyada ən çox pul xərcləyən turistlərin siyahısında ilk onluğa düşüb. Məsələn, ərəb 5 ulduzlu oteldə qalırsa, rus turist 4 ulduzlu otelə üstünlük verir. Ərəb turistləri mayın sonuna kimi ölkəmizə gəlməyə davam edəcəklər. Lakin Ramazan ayı ərəfəsində mayın 28-dən iyunun 28-dək ərəb bölgələrindən gələn turistlərin sayı azalacaq. Bu da Orucluqla əlaqədardır. Amma 28 iyundan sonra ərəb turistlərin böyük axını olacaq və bu oktyabra qədər davam edəcək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: xercleyir, Bakida, chox, Erebler, ruslardan, pul
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ