SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ana və körpənin öldüyü Sumqayıtın 1 saylı Doğum Evində nələr olur?

Ana və körpənin öldüyü Sumqayıtın 1 saylı Doğum Evində nələr olur?

Tarix:

10-05-2017, 09:46

/ 53 361 dəfə oxundu.
Ana və körpənin öldüyü Sumqayıtın 1 saylı Doğum Evində nələr olur?

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb
Hadisə Sumqayıt şəhər 1 saylı Doğum Evində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Bu barədə report məlumat yayıb. Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət ediblər.
Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Media üzərindən apardığımız araşdırma zamanı müəyyən etdik ki, Sumqayıt şəhər 1 saylı Doğum Evi özbaşınalıq yuvasıdır.
Bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur.
Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir.
Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır.
Hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Həmçinin baş həkim burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir.
Həm də bu haqq ay ərzində müəssisənin xidmətlərindən istifadə etmiş insanların sayından asılı olaraq dəyişmir.
Belə ki, müəssisənin sanitar və texniki personalı hər ay 5 manat, tibb bacıları 10 manat və həkimlər isə 20 manat olmaqla “fond pulu” ödəmək məcburiyyətindədirlər. Bu barədə mətbuatda yazılar dərc olunub. Ana və körpə ölümü də doğum şöbəsindəki vəziyyəti ehtiva edir.
Bir müdət əvvəlx doğum şöbəsinin işdən çıxarılan tibb bacısı Samirə Babayeva baş həkim Sevda İsgəndərovaya ağır ittihamlar irəli sürmüşdü:
“Sevda İsgəndərli Doğum Evinə 1997-ci ildə baş həkim təyin olunub. Orada satılan uşaqların sayı-hesabı yoxdur.
Anadan imtina ərizəsi alınandan sonra onu yola salırdılar. 2-3 gün, 1 həftə sonra körpəni gəlib alıb aparırdılar. Bilirdik ki, artıq körpəni satırlar. 10 min manatı kimdən necə alırdılar, bu hissəsini özləri bilirdilər.
Ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım yazdırır. Bundan sonra da uşağı almaq istəyən ailə axtarırlar.
Körpələrin satılması baş həkimin razılığı ilə baş tutur. Mən orada 1996-cı ildən işləyirəm. Dəqiq yadımdadır ki, 98-ci ildən bu yana orada imtina olunan körpələrdən yalnız biri uşaq evinə köçürülüb”.
Bu ittihamlarla bağlı və ana-uşaq ölümü ilə bağlı qarş tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ