SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçuda özbaşınalıq: icra başçısı SOCAR əməkdaşına bata bilmir

Sabunçuda özbaşınalıq: icra başçısı SOCAR əməkdaşına bata bilmir

Tarix:

23-01-2017, 09:13

/ 2 378 dəfə oxundu.
Sabunçuda özbaşınalıq: icra başçısı SOCAR əməkdaşına bata bilmir

Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyevin SOCAR-ın əməkdaşına gücü çatmır

Növbəti dəfə şikayət Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən 15-ci binanın sakinləri rayon rəhbərliyini qətiyyətsizlikdə ittiham edirlər. Onların sözlərinə görə, binanın həyətində bütün qanunsuz zəbt edilmiş tikililər yerlə-yeksan olunsa da, yalnız bir baxça indiyə qədər olduğu kimi saxlanıb.

A.Vəliyev isə ya qətiyyətsizlikdən, ya da maddi maraqlardan irəli gələrək həmin tikilini sökdürə bilmir.

Baxmayaraq ki, bu məsələ mediada kifayət qədər ictimailəşib, Sabunçu RİH-nin Rafael adlı nümayəndəsi sakinlərə tikilinin yaxın günlərdə söküləcəyinə söz verib. Amma qanunsuz tikiliyə toxunan yoxdur.

Həmin baxça qanunsuz inşa edilib və sahibi ayrı binada yaşasa da, özünə bu ünvanda kef-damaq məclisi qurmaq üçün şərait yaradıb.

Bu barədə sözügedən binada yaşayan 30 sakin yazılı növbəti dəfə müraciətində bildirib. Onlar məsələ ilə bağlı Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə də məktub ünvanlayıb.

Sakinlərin son ümidi media vasitəsi ilə prezidentə müraciət etmək və problemin həllinə nail olmaqdır. Onlara inana bilmir ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevə bu dərəcə də qətiyyətsizlik nümayiş etdirir.

Məktubda deyilir ki, SOCAR-ın tabeliyində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin Bəhram adlı işçisinə aid olan baxça indiyə qədər sökülməyib.

Burada çıxan iki nəticə var: ya icra başçısı həmin şəxsə bata bilmir, ya da ortada maddi maraq var və tikili toxunulmazlıq statusu qazanıb.

Sakinlər bildirirlər ki, indi də tikinti işləri davam edir və rayon icra hakimiyyəti tərəfindən ona “dur” deyən tapılmır. Onun baxçası qanunsuzdur və buna hələ də göz yumulur. Bəhram yaşamadığı binanın həyətində baxçasını restorana çevirib.

Bu məhlədən ailə-uşaq keçir, həyətində yaşlı adamlar oturur. Gah manqal qoyub kabab çəkirlər, gah içki içirlər, gah da səsləri göyə qalxır. Bu sözləri də sakinlər bildiriblər.

Sakinlır güman edir ki, Bəhram hansısa JEK müdirinə ya hansısa səlahiyyətli icra nümayəndəsinə “hörmət” etməklə baxçasının sökülməsini saxladıb. A.Vəliyevin maddi marağı yoxdursa, bina sökülməlidir.

Şərhlər

XƏBƏR LENTİ