SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nurgün Motors” Qarabağ əlilinə “qan uddurur”

“Nurgün Motors” Qarabağ əlilinə “qan uddurur”

Tarix:

21-01-2017, 00:12

/ 1 838 dəfə oxundu.
“Nurgün Motors” Qarabağ əlilinə “qan uddurur”

Qarabağ əlili Məğrur Bədəlsoy “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyətinin (ASC) törəməsi olan “Nurgün Motrors”dan sığorta ödənişini ala bilmir

xalqxeber.az-a müraciət edən veteran prokurorluq və məhkəmə orqanlarının rüşvət müqabilində susduğunu deyir:

“Nə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (artıq bu Xidmət ləğv olunub), nə yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) , nə də hüquq mühafizə orqanları bu saxtalığa , dələduzluq faktına hüquq qiyməti verib.

Sözügedən sığorta şirkəti isə məhkəmə yolu ilə Qarabağ əlilini cəzalandırmaq yolunu seçib . Sabunçu və Suraxanı məhkəmələrinin isə rüşvət qarşılığında “Rəvan”ın “çaldığı havaya oynaması” , hakimlərin özlərini şirkətin vəkili kimi aparması acı gerçəkdir .

Fikir verin , “metallom morqu”na göndərilən də “əlil maşını” , cərimə olunan , borclu edilən də maşına heç bir aidliyi olmayan Qarabağ əlili ! Məhkəmə hakimi (Ramil Həsənov) isə Qarabağ əlilinə özünü yandırmağı məsləhət görür !”.

xalqxeber.az Vergilər Nazirliyinin daha öncə “Nurgün”ü , bu günlərdə isə “Rəvan”ı cərimələdiyini deyən M.Bədəlsoy cərimə əsasında yeni araşdırmanın başlamalı olduğunu bildirib:

“Nazirlikdən göndərilən 10 yanvar 2017 tarixli 1717020000688400 saylı məktubda “Rəvan” şirkətinə maliyyə sanksiyası tətbiq edildiyi və “Rəvan Sığorta” ASC –nin fəaliyyətinin nəzarətə götürüldüyü bildirilib.

Nazirliyin “Nurgün”ü və “Rəvan Sığorta” ASC - ni Qarabağ əlilinin müraciəti əsasında cərimələməsi barədə məktublar da məhkəmələrə təqdim olunsa da , hakimlər görməzliyə vururlar . Qarabağ əlilinin iddiasını , qarşılıqlı iddiasını, vəsatətlərini görməzliyə vurduqları kimi...

VN növbəti dəfə “Rəvan Sığorta” ASC - nin saxtalığını , dələduzluğunu rəsmi aktla üzə çıxardı. İndi söz prokurorluğun, polisin, məhkəmənindir. Fakt üzrə cinayət işi qaldırmağa gücləri çatacaq , yoxsa yenə “get , özünü yandır “ “aforizm”i “qüvvəyə minəcək?”

Şərhlər

XƏBƏR LENTİ