SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Xudafərin" MMC sakinləri nədən narazı salır? - ŞİKAYƏT

"Xudafərin" MMC sakinləri nədən narazı salır? - ŞİKAYƏT

Tarix:

5-05-2017, 12:41

/ 143 009 dəfə oxundu.
"Xudafərin" MMC sakinləri nədən narazı salır? - ŞİKAYƏT

"Xudafərin" MMC 2003-cü ildə tikib istifadəyə verdiyi binaya lift quraşdırmır.

Atatürk prospekti 221-233 ünvanında yerləşən binanın sakinlərinin verdiyi məlumata görə, "Xudafərin" MMC tikdiyi bina 2003-cü ildən istifadəyə verilsə də, lift quraşdırılmayıb.

Bina sakinləri sözlərinə görə dəfələrlə "Xudafərin" MMC-nin rəhbərliyinə liftin quraşdırılması barədə şikayət ediblər, ancaq şirkət rəhbərliyi hər dəfəsində söz verməklə kifayətlənib.

Bina sakinləri bildirir ki, liftdən əlavə binanın pilləkənlərinin də təmirə ehtiyacı var, ancaq şirkət rəhbərliyi lift kimi bu məsələni də belə desək "yola verir".

Əldə etdiyimiz məlumata görə, binada liftin olmadığına görə yaşayış azlıq təşkil edir. Yalnız aşağı mərtəbələrdə yaşayış var. Bir neçə ailə isə əlacsızlıqdan yuxarı mərtəbələrdə yaşayır.

Məsələ ilə bağlı "Xudafərin" MMC rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı.

"Xudafərin" MMC ilə bağlı kiçik araşdırma edərkən məlum olur ki, bu şirkətin tikdiyi binalarda daim problemlər olub. Bir mənzilin bir neçə şəxslərə satılması, müştərilərin pullarının mənimsənilməsi halları çoxluq təşkil edir.

Şərhlər

XƏBƏR LENTİ