yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda vəhhabi əməliyyatı: İŞİD-in fitnə yaradan nəşrləri axtarışda

Bakıda vəhhabi əməliyyatı: İŞİD-in fitnə yaradan nəşrləri axtarışda
21-01-2017, 00:05 1 221 dəfə baxılıb
yüklənir...

Ölkədə qeyri-ənənəvi radikal dini təriqətlərə, vəhhabi adlanan qüvvələrə qarşı növbəti əməliyyat hazırlığı gedir

Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən xəbərə görə, xüsusi xidmət orqanları anti-terror tədbirlərini gücləndirir.

Ölkənin hüquq-mühafizə orqanları hər zaman olduğu kimi ayıq-sayıqdır və ölkəmizə təhdidlərin qarşısı alınacaq. Məlumatda deyilir ki, son dövrlər aktivləşən radikal ekstremist qüvvələr zaman-zaman təxribatlar törətməyə cəhd edib.

Səngəçaldakı ardıcıl üç partlayışda da təxribat versiyası istisma edilmirdi. Bunu millət vəkilləri də qeyd etmişdilər. Ona görə də təhlükəsizlik tədbirləri gücləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında dolayısı ilə bu hazırlığın anonsunu verib:

“Bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablar var ki, onlarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlər öz əksini tapıb. Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik”.

Onun sözlərinə görə, xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır:

“Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var və onlara qarşı mübarizədə bu sahə də özünü göstərir. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”.

Komitə bu məsələni gizli saxlayır. Ehtimal olunur ki, bununla təşviş yaratmamaq məqsədi güdülür.

Kitabların adları açıqlanmaqla onlrın mənşəyini və hansı dini təriqəti təbliğ etdiyini müəyyən etmək olar.

Amma ümumilikdə fətullahçı və vəhhabi şəbəkələrin zərərsiləşdirilməsi istiqamətində bu işlərin getdiyini təxmin etmək mümkündür. Çünki ölkədə iki ekstremist cərəyan - FƏTÖ və İŞİD-lə mübarizə var.

Onların fəaliyyəti sırf kütləvi şəkildə təşkilatlanmaq və xalqın içərisinə girərək qeyri-ənənəvi dini təriqətləri yaymaqdır. Bunun da bir yolu özlərinin kitablarını təbliğ etməkdir. Son günlərdə isə komitə ilə hüquq-mühafizə orqnaları birgə hərəkət edir.

Bundan əlavə, şeyx Azərbaycana gələn ərəb turistlərin arasında dini ekstremizmi təbliğ edənlərin olduğuna eyham vurmuşdu. QMİ sədri dolayısı ilə nişan vermişdi ki, Bakıya gələn ərəblərin içində missionerlər var və vəhabiliyin gücləndirilməsinə təkan verilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017


19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ