SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bank və yol polisinin birgə “əməliyyatı”: Kredit borcuna görə avtomobillər cərimə meydançasına aparılır

Bank və yol polisinin birgə “əməliyyatı”: Kredit borcuna görə avtomobillər cərimə meydançasına aparılır

Tarix:

4-05-2017, 15:44

/ 141 388 dəfə oxundu.
Bank və yol polisinin birgə “əməliyyatı”: Kredit borcuna görə avtomobillər cərimə meydançasına aparılır

“Son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar. Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasında saxlanca qoyulmasını da tələb edirlər”.
Bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O, kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib:
“Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib, belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır. Bu məsələdə ciddi qanunsuzluq var. İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı "DYP-nin mühafizə olunan duracağı" olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər".

Şərhlər

XƏBƏR LENTİ