SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı - VİDEO

“BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı - VİDEO

Tarix:

4-05-2017, 15:18

/ 140 447 dəfə oxundu.
“BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı - VİDEO

Aprelin 28-i səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində “BakuBus”avtobusundan istifadə edən sərnişin qaydalara zidd hərəkət edib.

“BakuBus”ın yaydığı videogörüntüdən görünür ki, cavan oğlan avtobusun svetaforda saxlamasını qəbul etməyərək qapını açmağa çalışır və ancaq fövqəladə hallarda sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutlmuş vasitədən istifadə edərək avtobusun qapısını açıb yolun ortasında düşür. Sərnişin nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur . Təəssüf ki, onun bu hərəkətərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb: “Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik”.

Şərhlər

XƏBƏR LENTİ