SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sünnət zamanı azyaşlının ölümünə "Novakain" səbəb olub - Ekspertiza

Sünnət zamanı azyaşlının ölümünə "Novakain" səbəb olub - Ekspertiza

Tarix:

4-05-2017, 14:07

/ 139 432 dəfə oxundu.
Sünnət zamanı azyaşlının ölümünə "Novakain" səbəb olub - Ekspertiza

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.
Mərkəzdən özəl olaraq verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb:
“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.
Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ