SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dörd müəssisə direktoru işdən çıxarıldı

Dörd müəssisə direktoru işdən çıxarıldı

Tarix:

3-05-2017, 16:13

/ 58 825 dəfə oxundu.
Dörd müəssisə direktoru işdən çıxarıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.

Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunub, Şabran və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.

Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bir sıra meşəbəyiləri, meşəbəyi köməkçiləri və meşə gözətçiləri tutduqları vəzifədən azad edilib, digər cavabdeh meşə mühafizə işçiləri barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.

Şərhlər

XƏBƏR LENTİ