SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bulvarda çay dəstgahı - 15 manata çatan QİYMƏTLƏR 03.05.2017, 15:13

Bulvarda çay dəstgahı - 15 manata çatan QİYMƏTLƏR 03.05.2017, 15:13

Tarix:

3-05-2017, 15:27

/ 60 944 dəfə oxundu.
Bulvarda çay dəstgahı - 15 manata çatan QİYMƏTLƏR 03.05.2017, 15:13

Yaz fəsli ilə əlaqədar, havalar isindiyindən Bakının dənizkənarı bulvarına axın da çoxalıb. Bulvarda fəaliyyət göstərən kafelərdə isə müştəri bolluğundan istifadə edib, süni qiymət artımına başlayıblar.
Əməkdaşlarımız bu dəfə yollarını dənizkənarı bulvardan salıb, kafelərdəki qiymətlərlə maraqlanıblar.
Bəribaşdan qeyd edək ki, kafelərin bəziləri müştəriyə sadə çay vermirlər.
İlk daxil olduğumuz kafedəçayın qiyməti 7 manatdan başlayır. Yanında da mürəbbə və limon.. Sadə çay isə yox idi.

“Lale kafe”də sadə çayı 3, mürəbbə ilə 7 manata təklif etdilər.

“Delfin kafe”də də eyni vəziyyətlə qarşılaşdıq. Ən ucuz çay 7 manatdan başlayırdı. Çayın yanında mürəbbə və paxlava da verilir. Ofisiant dedi ki, sadə çay vermək sərf eləmir, amma jurnalist olduğumuzu bildikdən sonra 2 manata sadə çay verə biləcəklərini söylədilər.

“Palma kafe”də sadə çay verildiyini gördük, qiymətini 3 manata dedilər.

“Mirvari” kafesində sadə çay 2 manata verilirdi, menyuda da bunu gördük.

“Rast kafe”də dəsadə çayın qiyməti 2 manata idi.

“Dalğa” kafesində sadə çayın 2, şokoladla 5, mürəbbə ilə 7 manata verildiyini bildirdilər.

“Şam Bulvar”da isə bir çaynik çay 5 manata və bir stəkan çay isə 1 manata verilirdi.

“Tosca”da isə bir nəfərlik çayın qqiyməti 3,50 manata satılırdı.

“Abşeron kafe”də çayın dəstgahla verildiyini bildirdilər. Və bunun 10 manatdan başladığı qeyd edildi.

“Armudu kafe”də sadə çayın 2 manata verildiyinin şahidi olduq.

“Gilavar kafe”də çayın qiymətinin öncə 15 manatdan başlandığını desələr də, jurnalist olduğumuzu bildidikdən sonra əl-ayağü düşdülər. Dedilər ki, 2 manata sadə çay verirlər. Müştəri istəsə onun üçün dəstgah da təşkil edirlər.

“Xəzri” kafesində sadə çayın qiyməti 2 manata idi. Mürəbbə ilə 6, şokaladla 5 manata təklif olunurdu.

“Qağayı” kafesində sadə çay 2, mürəbbə və ya paxlava ilə 3 manata satılır.

“Bakı bulvar”da çay 7 manata təklif olunurdu.

“Veteran klub”da sadə çayın 2 manatdan verildiyini bildirdilər. Diqqətimizi çəkən əsas məqam bu oldu ki, burada veteranlara saat 9-dan 5-dək pulsuz xidmət göstərilir.

Modern.az

Şərhlər

XƏBƏR LENTİ