SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident gömrüklə bağlı dəyişiklik etdi - Qanun qüvvəyə mindi

Prezident gömrüklə bağlı dəyişiklik etdi - Qanun qüvvəyə mindi

Tarix:

2-05-2017, 17:10

/ 59 493 dəfə oxundu.
Prezident gömrüklə bağlı dəyişiklik etdi - Qanun qüvvəyə mindi

Azərbaycan prezidenti İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Gömrük Məcəlləsinin 334-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilib:

"Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minib.

Şərhlər

XƏBƏR LENTİ