SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şərabçılıq məhsullarının reklamı məhdudlaşdırılır

Şərabçılıq məhsullarının reklamı məhdudlaşdırılır

Tarix:

2-05-2017, 11:40

/ 59 484 dəfə oxundu.
Şərabçılıq məhsullarının reklamı məhdudlaşdırılır

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub.
Yeni maddəyə əsasən aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:
- Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

- Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;

- Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).
Maddədə o da göstərilir ki, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Bildirilir ki, şərabçılıq məhsulları nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.
Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər

XƏBƏR LENTİ