SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polkovnikin oğlunun evinə həbs qoyuldu

Polkovnikin oğlunun evinə həbs qoyuldu

Tarix:

1-05-2017, 12:45

/ 61 742 dəfə oxundu.
Polkovnikin oğlunun evinə həbs qoyuldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə zərərçəkmiş şəxslər vəsatət verərək Ə.Məhərrəmovun oğlunun adına olan evin üzərinə həbs qoyulmasını istəyiblər.
Məhkmə vəsatəti təmin edib.
Qeyd edək ki, Ə.Məhərrəmov 2015-ci ilin fevral ayında həbs olunub. O, bir neçə şəxsi aldadaraq dələduzluq yolu pulların mənimsəməkdə ittiham olunur.

Şərhlər

XƏBƏR LENTİ