SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “ "İLin Dörd Fəsli" MMC-nin rəhbəri idmançı dəstəsinə bizi döydürür” - VİDEO

“ "İLin Dörd Fəsli" MMC-nin rəhbəri idmançı dəstəsinə bizi döydürür” - VİDEO

Tarix:

1-05-2017, 11:54

/ 63 737 dəfə oxundu.
“ "İLin Dörd Fəsli" MMC-nin rəhbəri idmançı dəstəsinə bizi döydürür” - VİDEO

Bakıdakı Yeni-Bakı Yaşayış kompleksində sakinlərlə bina rəhbərli arasında qarşıdurma yaşanıb.
Həmin komplesin sakini Elman Bağırovun verdiyi məlumata görə, "İLin Dörd Fəsli" MMC-nin idmançılardan ibarət dəstəsi sakinlərin üzərinə hücum çəkərək onları döyüb.
Artıq bir neçə aydır ki, Yeni Bakı şəhərciyində mənzil sahiblərinin elektrik təminatı komendantlıq adlanan qurum və onun qoçu dəstələri tərəfindən kəsilərək sakinlərə problemlər yaşadırlar. Hətta komendant Ehtiram Yusifovun sakinləri təhqir etməsi getdikcə adiləşərək əlbəyaxa vəziyyətinə çatır, məsələni araşdırmağa gələn polis əməkdaşları isə lazımi tədbirlər görmürlər. Cana doymuş sakinlər son ümid kimi Prezident Administrasiyasına gedərək şikayətlərini çatdırmağı düşünürlər.
''Görəsən "İLin Dörd Fəsli" MMC-nin direktoru Elnur Hüseynovun, "komendant" Ehtiram Yusifovun bu idmançı dəstəsini maliyələşdirməkdə, sakinləri hər an qorxu içərisində saxlamaqda, döydürməkdə məqsədləri nədir ? Yeni Bakı şəhərciyini inşa edərək milyonlar qazanan və burada yaşayan mənzil sahiblərini özündən asılı hala salmağa çalışan İlin Dörd Fəsli MMC-nin qanunsuz əməllərinə Baba Tağıyev başda olmaqla Azərişıq rəsmiləri niyə hələ də biganədir? Niyə axı Azərişıq şəhərcik sakinlərini fərdi abonent kimi tanımaqdan imtina və ya bunu müxtəlif bəhanələrlə hələ də uzadır? Niyə axı Azərişıq rəsmiləri 3000 mənzilli şəhərcik sakinlərinin həyatına bu qədər biganədir?''-deyəE.Bağırov qeyd edib.
Komendant Etiram Yusifov açıqlamasında bildirdi ki, Yeni-Bakı Yaşayış kompleksində 60 bina var. Həmin kompleksdə özbaşınalıq edən bir neçə sakin var. Onlar elektrik qutusuna icazəsiz müdaxilə edir, buna isə kompleksin mühafizəçiləri tərəfindən imkan verilmir.
''Bəlkə kimsə özünə qəsd etmək istəyir. Mühafizəçinin işi kompleksin əmlakını qorumaqla yanaşı, asayişə də nəzarət edir. Kimsə elektrik şitinə müdaxiə edirsə bunun qarşısını alır. Sakinlərin işığının kəsilməsi ilə bizə aid məsələ deyil. İşıq dövlətə məxsusdur və onun kəsilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir''.
E.Yusifov ötən gün kompleksdə sakinlərlə mühafizəçilər arasında baş vermiş qarşıdurma ilə bağlı hüquq-mühafizə orqanına müraciət ediləcyini deyib.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ