SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ QANUNSUZ TİKİLİNİN SAHİBİNİ HİMAYƏ EDİR- VIDEO

NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ QANUNSUZ TİKİLİNİN SAHİBİNİ HİMAYƏ EDİR- VIDEO

Tarix:

28-04-2017, 17:05

/ 111 333 dəfə oxundu.
NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ QANUNSUZ TİKİLİNİN SAHİBİNİ HİMAYƏ EDİR- VIDEO

“Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz sizin başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satın, çıxıb gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.
Hər il qanunsuz tikili adı altında minlərl vətəndaşın böyük zəhməti bahasına tikdirdiyi mülküyyətlər sökülür. Nizami rayonunda isə İcra Hakimiyyəti və FHN nümayəndələri qanunsuz tikilinin sökülməsinin qarşısını alır.
Niazami rayonu, Naxçıvanski küçəsi bina 39 mənzil 41 ünvanda yaşayan İbadov Elvin Nadir oğlu yaşadığı binanın qarşısında, arxasında və zirzəmisində qonşusu Əhmədov Rəşadın qanunsuz tikdirdiyi tikililərdən şikayətçidir.
Sakin deyir ki, aparılan qanunsuz tikili binaya ciddi ziyan vurub. Təməlində aparılan işlər binanı təhlükəli vəziyyətə salıb. Dəfələrlə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət edib. 2015-ci ildə binanın qarşı tərəfində aparılan tikinti işləri dayandırılıb və qazıntı doldurulub. 2016-ci ilin dekabrında isə kimlərinsə himayəsi ilə tikinti davam etdirilib. Mübahisə yenidən alovlanıb. Bundan sonra yazmadığı, şikayət etmədiyi qurum qalmayıb. FHN qanunsuz tikilinin sökülməsi ilə bağlı akt tərtib edib. İcra hakimiyyəti də qanunsuz tikilinin sökülməsi ilə bağlı məktub yollayıb. Lakin qanunsuz tikinti dayandırılmaq, sökülmək əvəzinə davam etdirilir. Bu işə isə İcra hakimiyyəti və FHN-dən olan bəzi nümayəndələr himayədarlıq edir.
E Əhmədov iddia edirki, Əhmədov Rəşad və qaynanası Süleymanova Novella mübahisə zamanı ona deyiblər:
“Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz naxçıvanlıyıq başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satıb, gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.
E.İbadov deyir ki, həmin vaxt Rəşad Əhmədovla mübahisə edərəkən, qaynanası Novella Süleymanova onun sol ayağından kürəklə vurub. Bundan sonra o, R.Əhmədov və onun qaynatası Akif tərəfindən döyülüb. Ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. İki aya qədər müalicə alıb.Səhhəti hələ də tam bərpa olunmayıb. Döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə isə cavabdeh tərəfi cəzalandırmayıb.
Hadisə yerində olub, çəkiliş aparıb və başverənlərlə bağlı E. Ibadovdan müsahibə götürüb. Həmin videomüsahibəni oxuculara təqdim edirik:
Məsələni gündəmdə saxlayacağıq.
Qarşı tərəf kimi videoda adı keçən bütün qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

Şərhlər

XƏBƏR LENTİ