SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı

Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı

Tarix:

28-04-2017, 16:04

/ 115 332 dəfə oxundu.
Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı

“Azərişıq” ASC-nin Bərdə rayon elektirik şəbəkəsinin rəisi işdən çıxarılıb
"Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektirik şəbəkəsinin rəisi Vidadi Babayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
V.Babayev "Azərişıq" ASC-nin sədri Baba Rzayevin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.
İşdən çıxarılan rəisin yerinə hələlik təyinat yoxdur. Rayon elektrik şəbəkəsinin rəisi vəzifəsi müvvəqəti olaraq baş mühəndis Sahib Abbasova tapşırılıb.
Qeyd edək ki ,V.Babayev bu vəzifəyə 3 il əvvəl təyin edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ