SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Maliyyə Nazirliyinin yoxlaması Laçında zəlzələ effekti yaratdı - Sakinlər Bakıya etiraza gəldi...

Maliyyə Nazirliyinin yoxlaması Laçında zəlzələ effekti yaratdı - Sakinlər Bakıya etiraza gəldi...

Tarix:

28-04-2017, 14:51

/ 112 482 dəfə oxundu.
Maliyyə Nazirliyinin yoxlaması Laçında zəlzələ effekti yaratdı - Sakinlər Bakıya etiraza gəldi...

Laçın rayonundan ilginc məlumat daxil olub. Bildirilir ki, Maliyyə Nazirliyinin rayon Təhsil Şöbəsində apardığı yoxlama zamanı yaşanan bəzi xoşagəlməz olaylar insanların etirazına səbəb olub və buna görə də onlar Prezident Administrasiyasına müraciət etmək zorunda qalıblar.
Qeyd olunur ki, nazirliyin 10 saylı regional idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı məktəblərdəki bəzi texniki işçilərə qarşı hörmətsizlik edilib, bəzi hallarda onlardan ifşaedici məlumatlar almaq üçün az qala təqsirləndirlən şəxs kimi çaşdırıcı-çarpaz suallar verilib, hətta bəzi süpürgəçilər, xadimələr, qarovulçular onları pərt edən aşağılayıcı suallarla üzləşiblər.
Rayon sakinlərinin verdiyi məlumata görə, hətta bəzi epizodlarda qadın xadimələrin həyat yoldaşları məktəbə gələrək sərt şəkildə bu cür qaba davranışa etiraz ediblər, həmin müfəttişlərlə bağlı ayrıca olaraq hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.
Bildirilir ki, Laçın rayonun Təhsil Şöbəsinin tarixində belə əcaib yoxlama aparılmayıb və müfəttişlər son 11 ilin fəaliyyətini yoxlayırlar və prosesləri öz arşınları ilə ölçərək gətirilən heç bir arqumentlə, təqdim olunan sənədlərin etibarlılığı ilə razılaşmırlar. Bu da rayonda əlavə gərginlik yaradıb. Ona görə də bir qrup qadın texniki işçi Bakıya üz tutaraq məsələyə müdaxilə edilməsini xahiş ediblər. Onlara hansı cavab verildiyi barədə əlimizdə dəqiq məlumat yoxdur. Ancaq məsələni diqqətdə saxlayacağıq.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ