SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu

Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu

Tarix:

28-04-2017, 14:04

/ 113 232 dəfə oxundu.
Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu

Almaniyada Nizami Gəncəvinin “Leyli və Məcnun” operasının premyerası olacaq.
Mayın 12-də baş tutacaq tamaşada Leyli obrazını erməni ifaçısı Karina Minasyan canladıracaq. Operanın premyerasının musiqisinin Detlev Clarnet, librettosu Aras Ören və Peter Şnayderdir. Bundan əlavə, tamaşanın afişalarında Nizami Gəncəvi fars şairi kimi qələmə verilib.
Xalq artisti, "Leyli" rolunun ifaçısı Aygün Bayramova AzNews.az-a açıqlamasında bildirib ki, Karina Minasyan heç vaxt Leyli rolunu oynaya bilməz:
“Mən Asəf Zeynalıda oxuyanda rəhmətlik Nəriman Əliyevin sinifində Karina adlı bir qız oxuyurdu. O, Nəriman Əliyevdən 4 il muğam dərsi alıb. Həmin vaxt hadisələr təzə başlayırdı. Sonra eşitdim ki, onlar Azərbaycandan köçüb. Hətta bildiyimə görə diplom da almayıb. Minasyanın həmin Karina olmasını dəqiq deyə bilmərəm. O, istəsə belə heç vaxt "Leyli"ni canlandıra bilməz.”
Aygün Bayramova Nizami Gəncəvinin “Leyli və Məcnun” tamaşasında oynamadığını qeyd edib: “Bunu kim təşkil edir? Yəqin ki, bu dövlət səviyyəsində araşdırılacaq. Karina heç nə oxuya bilməz. Erməni hara, muğam hara? Onların Azərbaycan muğamları, xalq musiqisini oxuya bilməsi qeyri-mümkündür. Onlar bizim hər şeyimizə- torpağımıza, musiqimizə, sənətimizə sahib çıxmaq istəyir. Ermənilərin heç nəyi yoxdur. Onlar belə öyrəşib. Bu hadisəyə münasibətim çox pisdir. Belə halların qarşısı dövlət səviyyəsində alınmalıdır.”
Almaniyada Nizami Gəncəvinin “Leyli Məcnun” poeması əsasında hazırlanıb.Məlumata görə, tamaşanın afişasında Nizami “Nezami” adlı fars şairi kimi təqdim edilib. Leyli rolunda Karina Minasyan oynayacaq.

A24.az
Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu
Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu
Ermənilər “Leyli və Məcnun”u da oğurladılar - “Leyli” də Minasyan oldu

Şərhlər

XƏBƏR LENTİ