yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Qafqaz”ın rektoru nazirliyə çağırıldı - 10 gün vaxt verildi

“Qafqaz”ın rektoru nazirliyə çağırıldı - 10 gün vaxt verildi
20-01-2017, 12:51 381 dəfə baxılıb
yüklənir...

Ötən gün Təhsil Nazirliyində “Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib.

Bu barədə fəaliyyəti dayandırılan “Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub.

“Görüşdə qeyd olunub ki, “Qafqaz” Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyatı suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək”.

R.Rza qeyd edib ki, ilk növbədə tələbələrinin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək.

Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ