SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Patent Komitəsinin şöbələri bağlanır - Siyahı

Patent Komitəsinin şöbələri bağlanır - Siyahı

Tarix:

20-01-2017, 00:14

/ 2 214 dəfə oxundu.
Patent Komitəsinin şöbələri bağlanır - Siyahı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturlarında islahatlar başlanır

Daxil olan xəbərə görə, Ramiz Həsənovun sədri olduğu komitənin ləğvi yubansa da, ilkin mərhələdə struktur reformaları nəzərdə tutulur.

Əslində komitənin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi təklif olunur. Amma hələlik komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində islahatlar aparılması, komitə yanında Dövlət Metrologiya Xidmətinin ləğvi və komitə yanında Dövlət Akkreditasiya Xidmətinin demontajı nəzərdən keçirilir.

Məlumatda deyilir ki, bu xidmətlərin fəaliyyəti ayrı-ayrılıqda izafi xərclər yaradır. Bu mənada 2017-ci ildə bir çox komitələri, qurumları dövlətin üzərində yük kimi saxlamaqdan, büdcə vəsaitlərində o qurumlara daha çox ayırmalar etməkdən qəti şəkildə imtina ediləcək.

Əslində 2016-cı ilin ortalarından başlayaraq cənab prezident tərəfindən qəbul olunmuş islahat proqramı istər idxal-ixrac əməliyyatlarındakı şəffalığa, lisenziyaların verilməsinə, istərsə də sahibkarlıq subyektlərinin yoxlanılmasının azalmasına təsir göstərir. Əminik ki, bu proses 2017-ci ilin regional dünyanın böhranı fonunda daha da sürətlənmiş olacaq.

Daxil olan xəbərə görə, Ramiz Həsənovun sədri olduğu komitənin nazilriyə birləşdirilməsi ən münasib təklifdir və qurumdan çoxsaylı şikayətlər var. Sahibkarlar qeyir-rəsmi tələblərlə qarşılaşır və komitə əməkdaşlarının əlindən cana doyublar.

Ölkədə struktur islahatlarının sürətləndirilməsinə lüzum yaranıb. Manatın tam devalvasiyası və postneft dövrünün başlanması bir-birini təkrarlayan yaxud da israfçılıq yaradan qurumların ləğvini gündəmə gətirib.

Yuxarı eşelonda aparılan diskussiyalarda təklif olunub ki, Standartlaşma, Patent və Meterologiya Komitəsi ləğv edilsin. Hakim komandaya və iqtisadi bloka daxil məmurların təşəbbüslərindən biri isə komitənin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi olub.

Hələlik yekun qərar qəbul olunmasa da, Standartlaşma, Patent və Meterologiya Komitəsi büdcədə yük olduğu məsələsi qaldırılıb. Faktiki olaraq bu qurumun işini İqtisadiyyat Nazirliyi həyata keçirə və ya onun tabeliyində fəaliyyətini davam etdirə bilər.

Dünənə qədər böyük pullara sərəncam verən qurumlar indi menecment işi, regionu öyrənmək, xarici əlaqələr qurmaq, tərəfdaşlar tapmaq, prosesləri tender yolu ilə şəffaf həyata keçirmək öhdəliyi və tələbləri qarşısındadırlar.

Bunlar asan məsələ deyil. Gerçəkdən də dünən böyük məsrəflər halında vətəndaşlar hətta bəzən cinayət baş verdiyini bilə-bilə dözüm nümayiş etdirirdilər. İndi isə hər manat vətəndaş maraqlarına ciddi şəkildə toxunur.

Deputat Zahid Oruc qeyd edib ki, hər hansı bir nazirin, hər hansı bir məmurun sadəcə qapısını bağlamaq, onları çölə atmağı təklif etmirik, daha çox optimallaşdırmadan danışırıq:

“Eyni zamanda, islahat gedəcəyi təqdirdə daha yeni-yeni sahələri ayağa qaldırmaq üçün investisiya yatırmaq mümkündür ki, o qüvvələr də özlərinə yeni fəaliyyət sahəsi tapsınlar”.

Şərhlər

XƏBƏR LENTİ