SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatlar “JEK”ləri ləğv etdirə bilmir: hökumət 304 milyonu nəyə ayırıb?

Deputatlar “JEK”ləri ləğv etdirə bilmir: hökumət 304 milyonu nəyə ayırıb?

Tarix:

20-01-2017, 00:11

/ 2 767 dəfə oxundu.
Deputatlar “JEK”ləri ləğv etdirə bilmir: hökumət 304 milyonu nəyə ayırıb?

2017-ci ilin dövlət büdcəsindən Mənzil Kommunal Təsərrüfatına 304 milyon manat vəsait ayrılması nəzərdə tutulub

Hesablama Palatasının məlumatına görə bu, elm xərclərindən 185 milyon manat daha çoxdur. Bəs, Mənzil Kommunal Təsərrüfat birliklərinə ayrılan bu vəsaitlə hansı işlər görülür?

Bəzi müstəqil ekspertlər hesab edirlər ki, bu sahədə ixtisarlar mümkündür. Tutalım - JEK kimi tanınan Mənzil İstismar sahələri kimi. Son 5 ildir MİS-lərin ləğv olunacağı xəbərlər yayılır.

Bu il də MİS-lərə büdcədən vəsait ayrılması onların fəaliyyətinə yaşıl işıq yandırmaq anlamına gəlir.

Halbuki cəmiyyətin gözləntisi JEK-lərin ləğvi idi. Hökumət isə bu sistemi demontaj etmək istəmir. Bələdiyyələrlə yanaşı bu qurum də işlək olması istənilən halda büdcəyə israfçılıqdır.

Dövlət büdcəsindən hər il milyonlarla manat bu qurumların fəaliyyətinə yönəldilsə də vəsaitin xərclənmə təyinatı ictimaiyyətdən gizli saxlanılır.

Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığır. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.

2011-ci ildə son variantda qəbul olunan Mənzil Məcəlləsində də nəzərdə tutulduğu üçün bir qrup deputat qanunvericiliyin tələbinin icrası ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcəkdi.

Yeni Mənzil Məcəlləsində MİS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir əsas yoxdur. “JEK”lərin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunur.

Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, yeni ildən qanunvericiliyə əsasən MİS-lərin ləğv olunmasını istəyəcəklər.

Hətta deputat Rəfael Cəbrayılov bildirmişdi i, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir:

“Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin.

Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur. Bununla bağlı bir sıra deputatlarla yanaşı, mən də mövcud qanunun icrasına əsasən bunun ləğvini istəmişik”.

Amma göründüyü kimi, deputatların da onlara gücü çatmayıb. Maraqlıdır ki, hansısa gizli əllər bu qurumların qalmasının tərəfdarıdır. Çünki ortada böyük pulların dövr etməsindən gedir.

Şərhlər

XƏBƏR LENTİ