yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?

Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?
26-04-2017, 12:24 61 127 dəfə baxılıb

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində “115” rəqəminin “116” rəqəmi ilə əvəz edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Nazirlər Kabinetinin 21 aprel qərarında qeyd olunur ki, sənəd “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən qəbul edilib. Ancaq 1 manat maaş artımının baş verməsi müzakirə iştirakçıları arasında marağa səbəb olub.
Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına edilən 5 nömrəli əlavəyə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları sxeminə əlavələr edilib. Həmin sxemdə qeyd olunur ki, Atatürk mərkəzinin xidməti otaqları yığışdıran işçisinin maaşı 115 manat olub. Belə ki, 2010- cu ildə edilən dəyişiklikdə xidməti otaqları yığışdıran şəxs 95 manat maaş alırdısa, 2013-cü ildə bu rəqəm artaraq 115 manat təşkil edib. Eləcə də digər işçilərin maaşlarına artımlar edilib.
Qeyd olunan cədvəllərdə 2010 və 2013- cü ilin qərarlarına əsasən işçilərin aylıq vəzifə maaşlarının sxemi təqdim edilib.
Müzakirələrə səbəb olan 1 manat artım məsələsi ilə bağlı Atatürk Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə mətbuatdan tanış olublar. Ancaq qərar onlara hələ təqdim edilməyib. Ona görə də 1 manat məsələsi onlara da qaranlıq qalıb. 10 gün müddətində rəsmi qərar Mərkəzin mühasibatlıq bölməsinə daxil olacaq və ondan sonra məsələ aydınlaşacaq. Mərkəzdən onu da bildiriblər ki, ilk dəfədir belə bir qərarla tanış olurlar. İndiyə kimi maaşlarda 1 manat artım söhbəti olmayıb, maaş artımı bütün işçilərə şamil olunub.
Mərkəzdən maaş artımı ilə bağlı konkret cavab verilməsə də, ehtimal etmək olar ki, sözügedən 1 manatlıq artım məhz Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlıdır. Belə ki, ölkədə minimum maaş 116 manat nəzərdə tutulub.
qafqazinfo.az
Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?
Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: manat, stylefloatleft, tarixli, 1, ishchilere, bir, 2013 cu, gore, Ataturk, 1, Prezidentin, Nazirler, xadimenin, 1, maashlarinin, artaraq, 2010, mehz, elaveler, tarixli, 263, reqemi, Kabinetinin, esasen, cu, elaveye, olub, edilen, Merkezindeki, , 116, teqdim, maashlarina, Bele, yigishdi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ