SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanı başçısından küçəyə atılan 5 qaçqın ailəsinə laqeydlik

Suraxanı başçısından küçəyə atılan 5 qaçqın ailəsinə laqeydlik

Tarix:

26-04-2017, 12:16

/ 62 193 dəfə oxundu.
Suraxanı başçısından küçəyə atılan 5 qaçqın ailəsinə laqeydlik

Suraxanı rayon icra başçısı 5 qaçqın ailəsinin küçədən atılması ilə maraqlanmır. İlqar Abbasov Qaraçuxurda evdən çıxarılan və mənzillə təmin olunmayan köçkünlərlə görüşməyib.
Bu barədə verdiyimiz xəbərə görə, Bakı meri Hacıbala Abutalıbov köçkünlərlə görüşə gəlsə də, Suraxanı icra başçısı hadisə yerində olmayıb. 24 apreldə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkünlər yolu bağlayıblar.
Köçkünlər 90-cı illərin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər.
Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.
Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini daşıran isə icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etdirməsi olub.
Məcburi köçkünlər yolu bağlayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlib.
Abutalıbov həbs edilən şəxsin qohumlarını xidməti maşınına dəvət edərək məsələni araşdırmaq üçün məhkəməyə aparıb. Sakinlərdən biri isə merə "Olmasa, səni tutacağıq. O, çıxmasa səni tutub salacağıq içəri”, -deyə cavab verib.
İ.Abbasov Qaraçuxurda baş verən etiraza yaxın belə getməyib. İcra başçısı məcburi köçkünləri qəbul edə, dinləyə, onlara müvəqqəti yaşamaq üçün yer ayıra bilərdi. Abutalıbov onların harayına çatsa da, Suraxanı şefi etinasız qalıb.
İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır.
Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb.
Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
Ölkə başçısı İlham Əliyev 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı sərəncamı ilə təsdiq edib.
Sərəncama görə, 1992-1998-ci illər ərzində köçkünlərin müvəqqəti məskunlaşdıqları ünvanlardan dövlət tərəfindən yeni ünvana köçürülmədən çıxarılması yolverilməzdir. Köçkünlər dövlət qurumlarının bu sərəncama məhəl qoymadıqlarını bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ