SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

Tarix:

25-04-2017, 18:14

/ 82 174 dəfə oxundu.
Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudliyyətlər yaranıb.

Məlumata görə, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.

Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir.

Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".

Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi.

azxeber

Şərhlər

XƏBƏR LENTİ