yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Azərişıq" sakinlərin başına belə oyun açır... - Sonra da "haqlı" çıxır...

25-04-2017, 18:13 80 991 dəfə baxılıb

«Biri hündürmərtəbəli bina tikdirir. Daha doğrusu, tikintisi təzəliklə başa çatıb. Tikinti vaxtı işığa yığılan borca görə ətrafdakı bütün evlər işıqsız qalıb». Bunu Nərimanov rayonu, Ruhulla Axundov küçəsinin sakinləri bildirib. Sakinlər deyir, hündürmərtəbəli binanın tikintisi zamanı sərf olunan elektrik enerjisinə görə yığılmış külli məbləğdə borc ətrafda yaşayan yüzlərlə ailənin qaranlıqda qalmasına səbəb olub.
Aprelin 25-də səhər saatlarında gələn işıq idarəsinin işçiləri hündürmərtəbəli binaya və ətrafındakı evlərə elektrik enerjisi ötürən ümumi elektrikpaylayıcı şiti qapadıblar. Bu da sakinlərlə işıq idarəsinin işçiləri arasında narazılığına səbəb olub.
Sakin Akif Qurbanovun sözlərinə görə, işıq idarəsinin işçiləri onların qarşısında şərt qoyub: «Səhərdən aləm qarışıb bir-birinə... Kimsə bina tikib, ev satıb pul qazanacaq, vaxtında işıqpulunu ödəməyib, arada biz qaranlıqda qalmışıq. İşıq idarəsinin işçiləri deyirlər, sahibkara təzyiq göstərin, borcu ödəsin, onun da işığı yansın, sizin də... Borc ödənilməsə, işıq da olmayacaq».
Hündürmərtəbəli binanı «Premier Class» MTK tikib. Binanın qarşısındakı lövhədə şirkətin əlaqə nömrələri qeyd olunub. Lakin AzadlıqRadiosunun əməkdaşı həmin əlaqə nömrələri vasitəsilə şirkət əməkdaşlarından açıqlama almağa çalışsa da, zənglərə cavab verən olmayıb.
Nərimanov rayon işıq idarəsindən məsələnin araşdırılacağını və qısa müddətdə açıqlama verəcəklərini bildiriblər. Təqribən 10 dəqiqə sonra isə sakinlər təkrar zəng vuraraq, «çox sağ olun, işığı yandırdılar, işıq idarəsinin işçiləri ərazidən yoxa çıxdılar», – deyə bildiriblər.
Müxbir işıq idarəsi ilə təkrar əlaqə saxladıqda isə, «orda işıqlar yanır, sizə yanlış məlumat verilib», – deyildi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ