yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

DTX-ya yeni səlahiyyət verilib - Terrorçuluqla əlaqədar Ölkədaxili Siyahının müəyyən edilməsilə bağlı

DTX-ya yeni səlahiyyət verilib - Terrorçuluqla əlaqədar Ölkədaxili Siyahının müəyyən edilməsilə bağlı
25-04-2017, 11:25 59 973 dəfə baxılıb

Nazirlər Kabinetinin “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda dəyişikliklər edib.

Məlumata görə, qüvvədə olan qaydaya əsasən, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.

Dəyişikliyə əsasən isə Dövlət Təhlükəsizliyi Xidməti Ölkədaxili Siyahının müəyyən edilməsi sahəsində yeganə orqan statusu qazanıb, Xarici Kəşfiyyat Xidməti isə Ölkədaxili Siyahı ilə bağlı yalnız təqdimatla çıxış edə biləcək.

Başqa sözlə, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.

Bundan sonra kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər Ölkədaxili Siyahıya daxil ediləcək.

Eyni zamanda xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti bu qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə də müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi və fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə də onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərəcək.

İndiyə qədər Xarici İşlər Nazirliyi Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edib və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə və terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edəcək və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək. Xarici İşlər Nazirliyi mütəmadi olaraq Birləşmiş Siyahısını nəzərdən keçirir və həmin Siyahıya düzəlişlər olduqda, dərhal Beynəlxalq Siyahıya müvafiq əlavə və ya dəyişiklik edərək, təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirəcək.

Bundan sonra eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən don-durulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli qətnaməsinə əsasən təsis edilmiş “Əl-Qaida” və “Taliban”a qarşı Sanksiyalar Komitəsi tərəfindən BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslərin Birləşmiş Siyahısına əsasən müəyyən edilmiş Beynəlxalq Siyahıdan ibarət olub. Dəyişiklikdən sonra Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilən Ölkədaxili Siyahıdan və BMT-nin aidiyyəti qətnamələrinə əsasən müəyyən edilən Beynəlxalq Siyahıdan ibarət olacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ