SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah şimşək çaxacaq, yağış və dolu yağacaq - XƏBƏRDARLIQ

Sabah şimşək çaxacaq, yağış və dolu yağacaq - XƏBƏRDARLIQ

Tarix:

21-04-2017, 14:01

/ 82 897 dəfə oxundu.
Sabah şimşək çaxacaq, yağış və dolu yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin.
Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Tibbi-meteorolji proqnoza görə, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərhlər

XƏBƏR LENTİ