SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rüblük hesabat təqdim etməli olan şəxslərin nəzərinə!

Rüblük hesabat təqdim etməli olan şəxslərin nəzərinə!

Tarix:

20-04-2017, 16:33

/ 89 025 dəfə oxundu.
Rüblük hesabat təqdim etməli olan şəxslərin nəzərinə!

Bu gün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan muzdlu işçisi olmayan fiziki şəxslərin vahid rüblük hesabatının təqdim etməsinin son günüdür.
Yeni qaydalara əsasən, fiziki şəxslər Dövlət Sosial Müdafiə Fonduna hesabat vermək üçün aldıqları ASAN imza-dan istifadə etməli idilər. Həmin şəxslərdən bir neçəsi müraciət edərək bildirib ki, "ASAN İmza" almaqlarına baxmayaraq bu gün sistemdə problemlə qarşılaşıblar və hesabatlarını təqdim edə bilməyiblər.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxladıq. Şöbə müdiri bildirib ki, 2017-ci il 1 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat sisteminin tətbiqinə başlanılıb və hesabatların verilməsi üçün bütün mümkün imkanlar yaradılıb: “Rüblük hesabatların sığortaedənlər tərəfindən gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə “Elektron hökumət” portalına daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir. İşçisi olan sığortaedənlər bununla bağlı heç bir çətinlikə üzləşməyib. “Belə ki, işçisi olan sığortaedənlərin (həm hüquqi, həm də fiziki şəxslərin) əvvəlcədən Elektron imzası var idi (əgər bu imza olmasaydı onlar əmək müqavilələrini bu müqavilələrin elektron qeydiyyatı sistemində qeydiyyatdan keçirə bilməzdilər) və onların hesabat göndərmək üçün əlavə olaraq elektron imza və ya ASAN imza almalarına ehtiyac yoxdur. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, elektron imzası olan sığortaedənlər öz hesabatlarını rahat və təhlükəsiz şəkildə həmin elektron imza ilə göndərə bilərlər. O ki, qaldı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan muzdlu işçisi olmayan fiziki şəxslərə, onlar üçün başqa imkanlar yaradılıb. Belə şəxslərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün DSMF orqanları tərəfindən onlara verilmiş PİN zərflərdəki istifadəçi adı və şifrəni Elektron hökumət portalında istifadə etmək imkanları verilib. Hesabatları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına göndərə bilərlər. Bununla yanaşı, sığortaedənlər Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət edə bilərlər. Bununla bağlı KİV vasitəsilə müraciətlər olunmasına baxmayaraq kimlərsə bu məsələ ətrafında süni ajiotaj yaradırlar. Bir daha bəyan edirik ki, hesabatları elektron imza, Asan imza və yaxud ilkin mərhələ üçün Elektron hökumət portalı vasitəsilə istifadəçi adı və şifrəni istifadə etməklə, eləcə də Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət etməklə göndərə bilərlər”.
E. Babayev nəzərə çatdırıb ki, fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması yeni islahat tədbiri olduğu üçün hesabatların bu ayın sonuna kimi təqdim olunması imkanı yaradılıb: “Bildiyiniz kimi hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-indən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına təqdim edilməlidir. 2017-ci il 1 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması yeni islahat tədbiri olduğu üçün hesabatların bu ayın sonuna kimi təqdim olunması imkanı yaradılıb. Bu müddətdə yuxarıda qeyd etdiyimiz vasitələrdən istifadə etməklə hesabatlar təqdim olunmalıdır”.
“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ