SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 1-ci qrup əlil kömək üçün müraciət etdi - "O vaxtdan 1-ci qrup əliləm"

1-ci qrup əlil kömək üçün müraciət etdi - "O vaxtdan 1-ci qrup əliləm"

Tarix:

20-04-2017, 15:00

/ 91 049 dəfə oxundu.
1-ci qrup əlil kömək üçün müraciət etdi - "O vaxtdan 1-ci qrup əliləm"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanm Mehriban Əliyevaya

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nziri cənab Səlim Müslümova

Şəki rayonu Yeni Çələbixan köçkünlər qəsəbəsi, ev nömrə 71 sakini Abdullayev Adil Möhbalı oğlu tərəfindən

Ərizə

Yazıb sizə məlum edirəm ki, 1992-ci ildə erməni vandalları tərəfindən Laçın rayonu işğal olanda atla Laçın rayonu istiqamətində gələrkən yıxıldım və onurğa sümüyüm sındı. O vaxtdan 1-ci qrup əliləm. Mən sizin müvafiq sərəncamınıza əsasən 2006-cı ildən fasiləsiz olaraq ünvanlı sosial yardım alıram. 2016-cı ilin dekabr ayından ünvanlı sosial yardımım dayandırılıb. 5 aydır ki, həmin yardımdan məhrum olmuşam. Heç bir səbəb olmadan bir ailəm 2 azyaşlı uşağım var. Qızım Abdullayeva Səma Adil qızı 7-ci sinifdə oğlum Abdullayev Rəvan Adil oğlu 5-ci sinifdə təhsil alır. Onları saxlamağa gücüm çatmır. Odur ki, Prezident cənab İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova mətbuat vasitəsi ilə müraciət edib xahiş edirəm mənə köməkdarlıq edin ki, bu imtiyazdan məhrum olmayım. Ümidvaram ki, mənim müraciətimə müsbət cavab verəcəksiniz.

Şərhlər

XƏBƏR LENTİ