SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailəsinə kompensasiya ödəməkdən imtina edir - ŞİKAYƏT

Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailəsinə kompensasiya ödəməkdən imtina edir - ŞİKAYƏT

Tarix:

19-04-2017, 16:50

/ 56 247 dəfə oxundu.
Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailəsinə kompensasiya ödəməkdən imtina edir - ŞİKAYƏT

Bu gün redaksiyamıza Zərdab rayon sakini Bəkirova Nahidə Hüseyn qızı tərəfindən şikayət məktubu daxil olub.
N. Bəkirova Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəmənin qətnaməsinə baxmayaraq 11 min manat kompensasiya ödəməkdən imtina etməsindən şikayətlənir.
Qeyd edək ki, N. Bəkirova 16.06.1992-ci il tarixində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan Bəkirov Zahid Ağahüseyn oğlunun həyat yoldaşıdır.
Nahidə Bəkirova məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə şikayət edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə 18 iyul 2014-cü il tarixində keçirilən məhkəmə prosesi zamanı qəbul edilən qətnamədə N. Bəkirovanın iddiası təmin edilmiş, Dövlət Sığorta Kommersiya Şirkətindən 11 min manat tutularaq iddiaçıya verilməsi ilə bağlı qərar qəbul edilmişdir.
Amma buna baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti bu günə qədər kompensasiyanı ödəməkdən boyun qaçırır.
Xatırladaq ki, Nahidə Bəkirovanın oğlu Bəkirov Səbuhi Zahid oğlu böyrək çatışmazlığından əziyyət çəkir və övladının müalicəsi üçün onun kifayət qədər maddi imkanı yoxdur.
Ailədə işləyən olmadığı üçün ailə dövlətin Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Bəkirov Zahid Ağahüseyn oğluna təyin etdiyi təqaüdlə keçinir.
Qanunlara, məhkəmə qətnaməsinə baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti vətəndaşı incitməkdən əl çəkmək istəmir.

avropa.info

Şərhlər

XƏBƏR LENTİ