SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AzTV-nin əməkdaşlarına tənbeh verildi - Cibuti videosuna görə

AzTV-nin əməkdaşlarına tənbeh verildi - Cibuti videosuna görə

Tarix:

19-04-2017, 15:29

/ 57 326 dəfə oxundu.
AzTV-nin əməkdaşlarına tənbeh verildi - Cibuti videosuna görə

AZTV-nin iki əməkdaşının Cibutidən paylaşdığı video bir müddətdir ki sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Belə ki, prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 10-da Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibutiyə humanitar yardım göndərib. Yardımı işıqlandırmaq üçün AZTV əməkdaşları da sözügedən ölkədə olub. Ancaq çəkilişi həyata keçirən operator Namiq Vəliyev və “İdman Azərbaycan” kanalının proqram direktoru Tural Həmidzadə sosial şəbəkədə paylaşdığı videoda Cibuti xalqını ələ salıb. Oranı “kasıbların az olduğu” ölkə kimi dəyərləndirib. Bu cür dəyərləndirmə isə videonu sosial şəbəkədə paylaşanların narazılığına səbəb olub.

Dövlət televiziyasının Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, sözügedən videodan xəbərdardırlar: “Rəhbərlik həmin şəxslərlə söhbət aparıb. Onlara ciddi şəkildə tənbeh ediliblər”.

Şərhlər

XƏBƏR LENTİ