SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Tarix:

19-04-2017, 10:47

/ 43 306 dəfə oxundu.
286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir. Məktəbdə 2 bölmə, Azərbaycan və Rus bölmələri fəaliyyət göstərir. 2009-cu ildə məktəb göstəricilərinə görə "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti yüksək nəticə ilə Respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olurlar. Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən təmir edilmişdir. 2015/2016-cı tədris ilində məktəbdə 94 sinif, 2016/2017-ci tədris ilində 96 sinif (76 Azərbaycan, 20 Rus bölməsi), 2 GUQ fəaliyyət göstərir. Məktəb üzrə şagirdlərin sayı 2351-dir. Onların təlim-tərbiyəsi ilə 284 nəfər pedaqoji işçi məşğul olur. Pedaqoji işçilərdən 5 nəfər "Elmlər namizədi", 1 nəfər isə "Əməkdar müəllim"dir.
Bütün bu göstəricilərə nəzər yetirdikdə insan yenidən orta məktəb illərinə qayıtmaq arzusuna qapılır. Amma son iki ilin nəticələri ilə yanaşı baş verən olaylar və qalmaqalı hadisələr heçdə yuxarıda qeyd edilənlərlə düz mütənasiblik təşkil etməməkdədir. ümumtəhsil ocaqlarında günü-gündən pisləşən təlim tərbiyə məsələləri cəmiyyətin ən ağrılı dərdlərindən birinə çevrilib. Təhsil Nazirliyinin təhsilimizə ayırdığı diqqət və qayğısı təsüflər olsun ki idarəçilər tərəfindən məhv edilməkdədir. Bu misala bütün məktəbləri şamil etmək fikrində deyilik. Sadəcə müşahidə və məlumatlardan, əldə etdiklərimizdən, dinlədiklərimizdən sonda isə gəldiyimiz nəticələrin analizlərindən yazmaq qərarındayıq. Son iki ilin göstəriciləri bu məktəbdə baş verənlərin məhz təhsilə vurulan böyük zərbələrin olduğunu açıq aşkar görmək mümkündür.
Axşam saatlarında daxil olan məlumat şok yaşatdı. Daxil olan bu ilginc məlumat Yasamal rayon sakinləri tərəfindən redaksiyamıza bildirilib. Belə ki, 2016 ildən davam edən şagirdlərin bir birini məktəbdə bıçaqlama hadisəsi və üstə gəl yenoyetmə qıza qarşı edilən əxlaqsız hərəkət. Bundan savayı həmin məktəb direktorunun baş verən hadisələrə don geyindirərək faktları təhrif etməsi hətta polis orqanları ilə əlbir olması artıq cəmiyyətdə çaşqınlıq yaratmaqdadır- deyə vətəndaşlar qeyd edib. Son günlər yenidən mətbuat gündəminə gələn Yasamal rayon 286-saylı tam Orta məktəbin olayları bitmək bilmir. Hadisələrin ard arda baş verməsindən narahatlıq keçirdən məktəb kollektivi
Redaksiyamıza daxil olan məlumata görə bu yaxında bir gənc şagird qıza qarşı edilən nalayiq hərəkətə görə məktəb kolektivi ilə direktor arasında qalmaqal yaşanıb. Yaşanan qalmaqalı polisdə ilk ifadəsində açıq şəkildə bildirən direktor və müəllimlər sonradan həmin ifadələrin dəyişdirilməsinə nail olaraq yalan məlumatların verilməsinə nail olduqları qeyd edilir. Həmin məlumatların təhrif edilərək olayın gizlədilməsi isə haqqlı olaraq məktəb kollektivinin narazılıqlarına səbəb olub. Kollektiv və direktor arasında ciddi narazılıqlar baş verir. Səngiməyən narazılıqlar isə direktorun baş verənlər don geyindirməsi kimi göstərilməkdədir.
Dünən isə həmin olaylara yenisi əlavə olub ki 7 sinif şagirdləri biri digərini bıcaqlayıb deyə redaksiyamıza məlumat daxil olub... Məlumatlı mənbənin bildirdiyinə görə, dünən günorta saatlarında, tam dəqiq desək yəni üçüncü dərsin sonunda məktəbin 7d sinif şagirdlərini Ulu Öndər Heydər Əliyev muzeyinə apararkən məktəbli qrupunda qanlı olay baş verib. Belə ki, 7-ci sinif şagirdlərindən iki oğlan biri-birilərinə xəsarət yetiriblər.
Əldə etdiyimiz məlumata görə, 286 saylı məktəbdə baş verən qalmaqal zamanı 7 sinif şagirdləri arasında yaranan insident zamanı eyni həmyaşıdı digərini soyuq silahla yaralayıb. Verilən məlumata görə məktəbdə baş verən olayın ardından təcili tibbi yardım çağrılaraq yaralı yəni azyaşlı şagird dərhal xəstəxanaya aparılıb. Məlumat daxil olarkən gec saatlar olduğundan məlumatı aidiyyatı qurumlardan aydınlaşdıra bilmədik. Məsələ ilə bağlı polis orqanı, təcili tibbi yardım briqadası və ya məktəb direktorunun mövqeyini dinləyib dərc etməyə hazırıq.

BakuNews.Az
286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR
286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR
286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Şərhlər

XƏBƏR LENTİ