SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Axundov kitabxanasında ixtisarlar başladı

Axundov kitabxanasında ixtisarlar başladı

Tarix:

18-04-2017, 13:39

/ 57 961 dəfə oxundu.
Axundov kitabxanasında ixtisarlar başladı

Mirzə Fətəli Axundov adına Milli kitabxanada ixtisarlar başlayıb.
Kitabxana qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib. Məlumatda, həmçinin o da qeyd olunub ki, bir çox işçi aprel və may aylarında öz hesablarına məzuniyyətə göndərilirlər. İşçilərə 10 günlük məzuniyyət deyilsə də, bu dəqiq deyil.
“Sadəcə olaraq şöbələr birləşdirilib, heç kim işsiz qalmayıb”. Bu sözləri isə Mirzə Fətəli Axundov adına Milli kitabxananın elmi katibi Əminə Cəfərova “Qafqazinfo”ya kütləvi ixtisarlarla bağlı xəbərə açıqlama verən zaman deyib. O bildirib ki, əvvəlki 5 şöbə yeni adla 2 şöbədə birləşdirilib.
“Heç kim bayıra atılmayıb, heç kim işsiz qalmayıb. Həmin şəxslər yeni yaranan şöbələrdə işlə təmin olunub. Bugünümüzlə ayaqlaşan şöbələr yaradılıb. O ki qaldı məzuniyyətə, biz hər zaman işçilərə məzuniyyət veririk. Kimin ehtiyacı varsa, ödənişli məzuniyyətlə təmin olunur”.

a24.az

Şərhlər

XƏBƏR LENTİ