yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Kristal Abşeron” 7 aylıq körpəni soyuqda dondurur – Sakinlərin yaşadığı DRAM

“Kristal Abşeron” 7 aylıq körpəni soyuqda dondurur – Sakinlərin yaşadığı DRAM
19-01-2017, 15:28 597 dəfə baxılıb

Zaman-zaman "Kristal Abşeron” tikinti şirkətinin vətəndaşlara kələk gəlməsi, satılan mənzilin iki, yaxud üç qat qiymətə başa gəlməsi kimi faktlar mediada işıq üzü görüb.

Daxil olan şikayətdə isə şirkətin müştəriləri necə aldatdığı və sözün əsil mənasında "soyduğu” bir daha ortaya çıxır.

Rəşad Kamil oğlu İbişovun redaksiyamıza göndərdiyi şikayət məktubu "Kristal Abşeron”un adı kimi heç də kristal olmadığını, vətəndaşlar üzərində hər cür çirkli oyunlar oynadığını göstərir.

R.İbişov məktubunda bildirir ki, o, 2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə ünvanında "Kristal Abşeron”dan 41 kvadrat metr olan bir otaqlı mənzil alıb. Şirkət mənzili ona 5 illik kreditlə verib. Lakin elə problemlər də mənzili aldıqdan sonra başlayıb. Belə demək mümkünsə, Rəşad İbişov kreditlə mənzil alıb ağ günə çıxmaq istəsə də, qara günlərinin başladığından xəbərsiz imiş.

"Bizim şirkətlə bağladığımız müqavilədə mənzilin sahəsi 41,6 kvadratmetr göstərilmişdi. Lakin şirkət müqaviləni pozaraq, mənzillərin reyestr çıxarışını almaq üçün müqavilə sənədini bizdən götürdü. Reyestr çıxarışına görə bizdən əlavə 300 manat pul tələb etdilər. Bu məbləği ödəmədim. Buna görə də mənzilimin işığını kəsərək, 7 gün evimi işıqsız qoydu. Məsələ ilə əlaqədar Korrupsiyaya qarı mübarizə idarəsinin 161 qaynar xəttinə müraciət etsəm də, şikayətimə baxılmadı. Bu gün də şirkət sakinlərə verilən istilik sisteminə görə qiymətləri qaldırıb. Üç gün öncə mənzilimin işığını kəsdilər. Ofisə yaxınlaşıb səbəbini soruşdum. Komendat dedi ki, mənzilinizin kommunal borcu var. Mən də bildirdim ki, borcumu ödəyirəm, amma sizin mənim işığımı kəsməyə ixtiyarınız yoxdur. Şirkətin bizə satdığı mənzilin sahəsi sənəddə göstərilənlər uyğun gəlmir. Müqavilədə 41 kvadratmetr yazılıb, reyestr çıxarışında 37 kvaratmetr göstərilir. Bank bizdən artıq kvadratın pulunu alır. İstilik sisteminə görə əlavə pul hesablayırlar”, - deyə şikayətçi qeyd edir.

Lakin şirkətin sakinlərin başına açdığı oyunlar bununla bitmir. Sakinlərə bildirilir ki, istilik sisteminə görə ödənilən əvvəlki qiymətlər şirkəti qane etmir və əlavə ödənişlər tələb olunur. Tələb olunan ödənişi ödəməyən sakinlərin isə elektrik enerjisi avtomatik olaraq kəsilir.

R.İbişov göndərdiyi məktubda qeyd edir ki, evlərində 7 aylıq körpə uşaqları qaranlıqda və soyuqda qalıb: "Biz bilsəydik belə olacaq, heç vaxt baha qiymətə bu mənzili almazdıq. "Kristal Abşeron” şirkətini vətəndaşlara telekanalların tanınmış aparıcıları reklam etdi, tanıtdı. Bizlər də inanıb şirkətdən mənzil aldıq. Mən sizin vasitənizlə aparıcılara müraciət etmək istəyirəm: hörmətli aparıcılar, sizlərə hörmətimiz böyükdür. Xahiş edirik ki, reklam etdiyiniz şirkətin mənzillərində yaşayan sakinlər arasında sorğu keçirin. Axı biz sizlərə inanırıq, sizlər tanınmış şəxslərsiniz, bu şirkəti reklam etdiniz, biz də inanaraq, oradan mənzil aldıq. Şirkət mənzillərin reyestr çıxarışını sakinlərə canlı efirdə təqdim edərək, özünü reklam edir. Lakin heç kim bilmir ki, biz o reyestr çıxarışlarına görə 300 manat əlavə pul ödəyirik. Pulu verməyənlər də həftələrlə işıqsız qalır. Bu şirkətin qoyduğu qanunsuz ödənişlərdən bezmişik. Mühafizə pulu, xadimə pulu, lift pulu, üstəlik yeni qiymətlə istilik pulu tələb olunur. İstilik sisteminin qiyməti hər kvadratmerə görə, 70 qəpikdən hesablanır. Halbuki, mənim mənzilimin ümumi sahəsi 37 kvadratmetr göstərilir, lakin şirkət 41,6 kvadratmetrin pulunu istəyir. Komendant sonuncu dəfə xəbərdarlıq edib ki, kim istilik pulunu yeni qiymətlə verməsə, onu işıqsız qoyacaqlar. Bunlar əsil qanunsuzluqla məşğuldurlar. Mənim 7 aylıq körpəm var, şirkət aman vermir ki, uşağımıza normal yemək alaq. Uşağımızın boğazından kəsərək, bunlara veririk”.

Şikayətçi əlavə edib ki, bütün bu özbaşınalıq, soyğunçuluq şirkətin direktoru Azər Məhərrəmovun göstərişi ilə həyta keçirilir.

Qeyd: məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

miq.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ