SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir korrupsiyaya görə hakimləri cəzalandırdı

Nazir korrupsiyaya görə hakimləri cəzalandırdı

Tarix:

14-04-2017, 09:40

/ 98 534 dəfə oxundu.
Nazir korrupsiyaya görə hakimləri cəzalandırdı

Kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilmiş, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə-Hüquq Şurasından daxil olan məlumata görə, bu barədə məlumat Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclasında səsləndirilib.

Bildirilib ki, bununla belə köklü dönüş baş verməyib, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməyib.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.

Qeyd edək ki, iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.

Şərhlər

XƏBƏR LENTİ