SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövriyyə 45 faiz azalıb, iş yerləri bağlanıb, borclar artıb: sahibkarlara“devalvasiya terroru”

Dövriyyə 45 faiz azalıb, iş yerləri bağlanıb, borclar artıb: sahibkarlara“devalvasiya terroru”

Tarix:

16-01-2017, 21:23

/ 1 828 dəfə oxundu.
Dövriyyə 45 faiz azalıb, iş yerləri bağlanıb, borclar artıb: sahibkarlara“devalvasiya terroru”

Hazırda devalvasiyanın biznesə təsirini qiymətləndirmək üçün araşdırma aparılır

Devalvasiyadan sonra mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Məlumata görə, iş adamlarının dövriyyəsi azalıb, iş yerləri azalıb, borclar artıb, fəaliyyət sferası daralıb.

İstehsalat müəssisələrində, ticarət mərkəzlərində dövriyyə 40-45 faiz azalıb və bunun səbəbi istehsal etdiyimiz istehlak mallarının qiymətinin artımı ilə bağlı deyil, daha çox müştərilərin biznes fəaliyyətinin dayandırılması ilə bağlıdır.

Dövriyyənin azalması öz növbəsində rentabelliyə ciddi təsir edib və sözsüz ki, bəzi bir neçə ştatı birləşdirib işçiləri ixtisara salmaq məcburiyyətində qoyub. İxtisarlar 10-15 % arasındadır.

Ancaq burda mütləq qeyd olunmalıdır ki, borca xidmət etmək qabiliyyəti 2013- 2014-cü illə müqayisədə xeyli aşağı düşüb və indi əksinə, debitor borclar çoxalıb. Elə bir təəsürat yaranıb ki, müştərilərdən pulu tankla da tələb etsələr verə bilmirlər.

Debitor borcların uzun müddət qaytarılmamasının başqa bir fəsadı da ondan ibarətdir ki, istehsal üçün zəruri olan bəzi xammalı dollarla alırıq, məhsulumuzu isə manatla satırıq. Aydın məsələdir ki, manatımızın yığımında gecikmələrin bizə vurduğu zərbə də çox ciddidir.

İdxal etdiyimiz məhsullar dollar və avro zonadan deyil, Rusiyadandır. İlk baxışdan biz, dolların bahalaşmasından əziyyət çəkməməliyik, ancaq reallıq başqa cürdür.

Loqistika şirkəti göstərdiyi xidmətin pulunu bizdən dollarla alır, heç kimin də gözünün yaşına baxmır. Bundan başqa rubl da bahalaşır, elə bil Rusiya bizdən fərqli olaraq neftini 120 dollara satır. Son bir ildə rubl hardasa 90 % bahalaşıb.

Faktiki olaraq, ölkə üçüncü devalvasiya ərəfəsindədir. Baxın, xarici borclar günü-gündən artır, iş adamları ölkəni tərk edir, ölkə idxaldan asılı vəziyyətdədir.

Bu gün ölkə bütövlükdə qaranlığa qərq olub, cəmiyyət borc içində boğulur, hər gün kütləvi ixtisarlar olur monopoliya və korrupsiya isə davam edir.

Təkcə iqtisadi islahatlarla ciddi və müsbət nəticəyə çatmaq mümkün deyil. Ölkədə struktur və idarəetmə islahatları aparılmalıdır ki, effektiv nəticələrə nail olmaq mümkün olsun.

Artıq hansısa iqtisadi islahatlar keçirməklə, proqramlar irəli sürməklə Azərbaycanın böyük nailiyyətlərə imza atması mümkün deyil.

İqtisadi islahatlarla yanaşı, idarəetmə və siyasi islahatlar da həyata keçirilməlidir. Yerli özünüidarətetmədən tutmuş hökumət və parlamentin funksiyalarına yenidən baxmağa qədər siyasi sahələrdə islahatlara ehtiyac var. Əgər bu baş verərsə, iqtisadi islahatlar da effekt verəcək.

Şərhlər

XƏBƏR LENTİ