yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yeniyetmələr siqaret ala bilməyəcək - Şəxsiyyət vəsiqəsi tələb olunacaq

Yeniyetmələr siqaret ala bilməyəcək - Şəxsiyyət vəsiqəsi tələb olunacaq
13-04-2017, 14:21 109 591 dəfə baxılıb

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir, bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.

Xalqxeber.Az xəbər verir ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 13-cü (Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışının və tütün istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi) maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir.

Maddədə göstərilir ki, tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddədə həmçinin bildirilir ki, alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur.

Maddənin sonunda o da qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tütün, yaşına, yetkinlik, qadağan, edilməsi, müəyyən, məmulatlarının, etməyə, təsdiq, sənəd, edilir, məhsullarının, çatmayanlara, alıcının, satışı, satıcı, tələb, tərəfindən, göstərilir, uşaqların
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ