SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının Qala kəndindəki 323 nömrəli məktəbdə pul yığımına başlanıb

Bakının Qala kəndindəki 323 nömrəli məktəbdə pul yığımına başlanıb

Tarix:

19-01-2017, 11:40

/ 4 342 dəfə oxundu.
Bakının Qala kəndindəki 323 nömrəli məktəbdə pul yığımına başlanıb

Bu barədə vəkil Aslan İsmayılov Feysbuk səhifəsində məlumat yayıb.

Onun sözlərinıə görə, direktor bu yaxınlarda valideynləri yığıb. Onların nəzərinə çatdırıb ki, Təhsil Nazirliyi tərəfindən maliyyələşmə kəsilib, uşaqların oxuması üçün özləri pul ödəməlidirlər.

Məktəbə veriləcək 15 manatı tapa bilməyən valideyn çıxılmaz vəziyyətdə olduğunu açıq deyə də bilmirlər.

Vəkil bildirib ki, xəstəxanaların pullu olacağının rəsmən elan olunduğunu eşitmişdi: “Məktəblərin isə yox. Bəlkə, təhsil naziri Mikayıl Cabbarov məktəblərin də pullu olacağını elan edə?

Əlavə olaraq xahiş edirəm ki, Səhiyyə naziri Oqtay Şirəliyev və Təhsil naziri Mikayıl Cabbarov, ailə başçıları üçün yaxşı halda 500 manat gəlirlə ailəni dolandırmaq, balalarını sağlam və savadlı böyütmək üçün büdcə planı da təqdim etsinlər”.

Nazirlik böhranla əlaqədar məktəblərə yardımı dayandırmağa başlayır. Bu proses qeyri-rəsmi şəkildə həyata keçəcək və şagirdlərdən açıq şəkildə pul yığmağa başlanacaq. Əslində, pul yığılması heç vaxt dayanmayıb. Misir Mərdanovdan sonra da bu işlər davam etdirilib. Yeni nazir müəyyən qədər buna qarşı mübarizə aparsa da, reallıqda hələ də məktəblərdə şagirdlərdən fond pulu alınır.

Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasının üç ili tamam oldu. Misir Mərdanovun uzun illər davam edən təhsil monopoliyasından sonra gənc kadr kimi M.Cabbarova ümidlər böyük idi.

Hərçənd təhsil naziri Mikayıl Cabbarov dəfələrlə bəyan edib ki, müxtəlif bayramlar və adlar altında orta məktəblərdə pul yığan və ya yığdıran direktorlar vəzifələrindən azad ediləcəklər. Və bir neçə dəfə də belə addımlar atılıb. Amma atılan bu addımların faydasının olmadığı üzə çıxıb.

Şərhlər

XƏBƏR LENTİ