SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gənclər və İdman Nazirliyində büdcə qanunsuzluqları aşkarlanıb - RƏSMİ

Gənclər və İdman Nazirliyində büdcə qanunsuzluqları aşkarlanıb - RƏSMİ

Tarix:

11-04-2017, 16:46

/ 59 704 dəfə oxundu.
Gənclər və İdman Nazirliyində büdcə qanunsuzluqları aşkarlanıb - RƏSMİ

Azərbaycanın Gənclər və İdman Nazirliyi, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Azərbaycanın NATO təşkilatında nümayəndəliyi, “Azərsu”, “Azərkosmos” ASC, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.

Milli Məclisdən verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, aparılmış audit nəticəsində Gənclər və İdman Nazirliyində, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, “Azərsu”, “Azərkosmos” ASC-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində aşkarlanan büdcə pozuntularından 25,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanılması təmin olunub.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ