SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Çudo-Peçka” dan 8 aydır maaş almayan 700 işçi PA-ya toplaşır - Gərginlik

“Çudo-Peçka” dan 8 aydır maaş almayan 700 işçi PA-ya toplaşır - Gərginlik

Tarix:

11-04-2017, 11:52

/ 60 284 dəfə oxundu.
“Çudo-Peçka” dan 8 aydır maaş almayan 700 işçi PA-ya toplaşır - Gərginlik

700 nəfərdən artıq işçi 8 aydır maaşlarını ala bilmir. Söhbət məşhur “Çudo-Peçka” mağazalar şəbəkəsindən gedir

Verilən xəbərə görə, işçilər Prezident Administrasiyasına şikayətə getnəyə hazırlaşır.

Onlar qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət ediblər, lakin onların şikayətlərinə baxan yoxdur. "Çudo-Peçka”da isə onları heç kim qəbul etmir.

Bir müddət əvvəl mətbuatda şirkət rəhbərinin müflis olması və bütün mağazaların bağlanması ilə bağlı xəbərlər yayılmışdı.

“Çudo peçka” mağazalar şəbəkəsində gün keçdikcə böhran dərinləşir. Şəbəkənin sahibi işçilərin maaşını verə bilmir, işçilər isə öz haqlarından əl çəkməyi düşünmürlər.

şəbəkəyə aid mağazalar ard-arda bağlanma təhlükəsi qarşısında qalıb. İddia olunur ki, “Çudo peçka”nın təkcə Vergilər Nazirliyinə 15 min manat borcu var. Ölkədə baş verən iqtisadi böhran və “Çudo peçka”nın daxilində yaşananlar isə mövcud durumu daha da ağırlaşdırıb.

Verilən xəbərə görə, “Çudo peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb.

Ç. Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb.

Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilər maaş problemləri yaşayıblar. Belə ki, işçilər Heydər Babayevin zamanında da təxminən 4 ay maaşlarını ala bilməyiblər.

İndi işdən çıxarılan əməkdaşlara həm Heydər Babayevin, həm də Çingiz Çəlilovun borcu var. Mağazanın əməkdaşlarının sözlərinə görə, onlar şəbəkənin Cəlilova qaytarılmasından sonra vəziyyətlərinin düzələcəklərinə ümid edirdilər. Lakin bu baş vermədi.

Şərhlər

XƏBƏR LENTİ