SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Millət vəkilinin “Kristal Abşeron”u camaatı yenə ayağa qaldırdı - kombi fırıldağı

Millət vəkilinin “Kristal Abşeron”u camaatı yenə ayağa qaldırdı - kombi fırıldağı

Tarix:

11-04-2017, 09:23

/ 60 181 dəfə oxundu.
Millət vəkilinin “Kristal Abşeron”u camaatı yenə ayağa qaldırdı - kombi fırıldağı

Deputat Ağalar Vəliyevin tikinti şirkətindən ev alanların etirazları səngimək bilmir

Məlumata görə, buna səbəb “Kristal Abşeron” MMC-yə məxsus binaya verilən isti suyun təchizatının dayandırılması və sakinlərdən kombi almaq tələb olunmasıdır.

Buna görə sakinlər etiraz aksiyası keçiriblər. Müqaviləyə əsasən "Kristal Abşeron” MMC əhalini isti su və istiliklə təmin etməli idi. Buna görə də sakinlərə 150 manat məbləğində isti su sayğacları satılıb.

İstiliyi evin hər kvadratına görə 0.40 manatdan, 1 kub isti suyu isə 2.50 manatdan əhaliyə satan MMC, qazın qiyməti qalxdıqdan sonra istiliyin qiymətini 0.30 manat bahalaşdıraraq, 0.70 manat edib.

Sakinlərin sözlərinə görə, əhaliyə istiliyin və isti suyun artıq onlar tərəfindən təmin olunmayacağını, hər kəsin öz evinə, öz hesabına kombi çəkdirməsini deyirlər.

Şikayətçilər bildirirlər ki, onlar kombi çəkilişinə etiraz edirlər və MMC öhdəliklərini yerinə yetirməyənə qədər etiraz aksiyaları davam edəcək.

Nəzərə alsaq ki, burada yaşayan əhalinin 90 faizi evləri yüksək faizlərlə kreditə götürüb və bu onlar üçün əlavə xərcdir, əlavə olaraq evlərinin təmirinin korlanması deməkdir. Halbuki qazanxanalar əhalinin MMC – yə ödədiyi pullarla tikilib və bu qazanxanalar əhliyə xidmət etməlidirlər.

Məlumata görə, onsuz da əhalinin sosial vəziyyəti ağırlaşır, yaşamaq çətinləşir, gəlirlər azalır, xərclər çoxalır, bahalaşma və işsizlik artır.

Bu zamanda kreditlə ev alıb güc-bəla dolanan sakinlərin üstünə ağır yüklər qoymaq qanunsuzluq və insafsızlıqdır. Sakinlər şirkətdən prezidentə şikayət etməyə hazırlaşır.

Bundan əlavə, “Kristal Abşeron” ikinci devalvasiyadan sonra payçıların başına müsibət gətirib. Şirkət sakinləri kredit ödənişlərini dollarla etməyə məhkum edib.

Müqavilədə məzənnə amilini göstərməklə hiyləgərliyə əl atmış tikinti şirkəti indi 50 kvadrat evdən 110 mindən çox pul qazanır. Bu dələduzluq azmış kimi, indi də isti suyun qiymətini artırmaqla insanları çətinə salırlar.

Bu şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Deputat birbaşa prezidentin daxili siyasətinə zidd addımlar atmaqla cibini doldurmağı düşünür.

Şərhlər

XƏBƏR LENTİ