SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsun”dan müdhiş qiymət fırıldağı- FOTOFAKT

“Azərsun”dan müdhiş qiymət fırıldağı- FOTOFAKT

Tarix:

10-04-2017, 13:21

/ 58 819 dəfə oxundu.
“Azərsun”dan müdhiş qiymət fırıldağı- FOTOFAKT

2015-ci ilin fevralından bəri ard-arda baş verən bir neçə devalvasiyanın bazarlarda qiymətlərə ciddi təsiri oldu. Dolların bahalaşması şəraitində xüsusilə ərzaq bazarında kəskin qiymət artımı müşahidə edilir.
Nə qədər paradoksal olsa da, bir çox hallarda yerli məhsulların idxal mallarından daha çox bahalaşmasının şahidi oluruq. Bəzi yerli sahibkarlar ilk bahalaşmaya gedənlərdəndir. Bu sırada daha çox adı hallanan “Azərsun Holdinq”dir desək yanılmarıq. 20 ildir yerli istehsalda böyük monopoliyaya sahib olan holdinqin ərzaq bazarında yaratdığı bahalıq əhalini də çətin duruma salıb. Bəzən xammalın, bəzən məhsul istehsalında istifadə edilən elementlərin xaricdən gətirildiyini bəhanə edən “Azərsun”un məhsulları hətta 100 faizdən çox bahalaşıb. Şirkət bunun əksini isbatlamağa çalışsa da, əlahəzrət faktlar öz sözünü deməkdədir.
Redaksiyaya müraciət edən vətəndaşlar “Azərsun Holdinq”in müdhiş qiymət fırıldağı haqda danışıblar. Redaksiyamıza həm də fotogörüntülər ünvanlayan istehlakçılar bildirirlər ki, adıçəkilən şirkət illər öncə çörək istehsalçılarının əl atdığı fırıldağı reallaşdırıb: “Əvvəllər bazarda un bahalaşırdı, çörəyin qiyməti eyni qalırdı, sonralar məlum oldu ki, əslində istehsalçılar çörəyin çəkisini salıblar. Və beləliklə, əvvəllər 900 qram olan çörəyin çəkisi tədricən 600 qrama salındı. Hazırda hətta 600 qram adı ilə 550-560 qramlıq çörəklər çıxarılır bazara. “Azərsun” da eyni üsula əl atıb. Sizə göndərdiyimiz banka fotoları gördüyünüz kimi, şirkətin yerli istehsalı olan “Bizim tarla”nın soyulmuş pomidorlarına aiddir. Fotolardan da aydın olur ki, əvvəllər 680 qram olan bankalar indi 620 qramlıqdır. Bahalaşmadan öncə isə həmin bankalar 720 qramlıq olurdu. Bu, çox xırda bir dəyişiklikdir, hansı ki, alıcılar o qədər də fərqinə varmırlar, bəlkə də minlərlə alıcısı var ki, bankaların kiçildiyini hələ də bilmir. Amma şirkət üçün böyük əhəmiyyət kəsb edir. Çəki azalması qiymətlərə təsir etməyib, qiymət eynidir, hətta bir qədər bahadır. Biz anlaya bilmirik, bu şirkət cənab prezidentin dostudur, yoxsa düşməni? İlham Əliyev ölkədə sahibkarlıq mühitinin yumşaldılması, iş adamlarına, xüsusilə yerli istehsalçılara şərait yaradılması üçün bütün addımları atır, çıxışlarında da dəfələrlə vurğulayır ki, bunu xalqın rifahının daha da yaxşılaşdırılması üçün edir. Amma “Azərsun” yaradılan şəraitdən xalqı talamaq üçün istifadə edir. Bu, birbaşa cənab prezidentin siyasətinə zidd addımdır”.
Qeyd edək ki, “Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bir neçə gün öncə şirkətin qiymətləri ucuzlaşdırması ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, dolların ucuzlaşması ilə əlaqədar olaraq bir neçə məhsulun qiyməti endirilib: “Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarğıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşmüşdür”.
Görünür, bu ucuzlaşma hələlik pərakəndə satış nöqtələrinə gəlib çıxmayıb. Çünki bu sətirlərin müəllifi olaraq, dünən (məlum açıqlamadan 2 gün sonra-H.A) alver etdiyim zaman qiymətlərin əvvəlki həddə, bəzən isə bir qədər baha olmasının şahidi oldum. Ümid edirik ki, “Azərsun” nəhayət öz inhisarçı mövqeyindən əl çəkəcək və daha çox qazanc yox, daha çox tox qarın prinsipilə qiymət müəyyənləşdirməyə başlayacaq.
P.S. Növbəti yazımızda "Azərsun"un 15 illik şəkər tozu monopoliyasından əldə etdiyi şok gəlirlərlə bağlı araşdırmamızı təqdim edəcəyik. Bizi izləyin.
AFN
“Azərsun”dan müdhiş qiymət fırıldağı- FOTOFAKT
“Azərsun”dan müdhiş qiymət fırıldağı- FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ