SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vaqif Əmiraslanovun Bakı Sosial Pedaqoji Kollecində “virtual idarəçilik” sistemi

Vaqif Əmiraslanovun Bakı Sosial Pedaqoji Kollecində “virtual idarəçilik” sistemi

Tarix:

8-04-2017, 13:09

/ 92 122 dəfə oxundu.
Vaqif Əmiraslanovun Bakı Sosial Pedaqoji Kollecində “virtual idarəçilik” sistemi

Özü işdə tapılmayan direktor hansı işləri Əsəd müəllimə həvalə edib ?

Təhsil ocaqlarını özəl müəssisələrinə çevirən, xalqın, dövlətin gələcəyinə şəxsi maraqları müstəvisində zərbə vuran məmurların fəaliyyəti və onların acı nəticələri göz qabağındadır. Onlar haqqında dəfələrlə tənqidi materiallar yazılmasına, həyacan təbili çalınmasına baxmayaraq sanki gözəgörünməz bir əl tərəfindən himayə olunurlar. Nəticədə toxunulmazlıq mühiti bir çoxlarında qanunlara meydan oxumaq düşüncəsi formalaşdırır.

Bakı Sosial Pedaqoji Kolleci haqqında dəfələrlə tənqidi materiallar dərc edilib. Kollecdə hökm sürən, təhsil adına zərbə vuran ab-hava barəsində çoxlarına məlum olan həqiqətlərə işıq salmışıq. Kollecin direktoru Vaqif Əmiraslanovun rəhbərliyi altında burada təhsilin səviyyəsi yüksəlməsə də semestrdən-semestrə rüşvətin məbləği durmadan artır. Elə son qış imtahan sesiyasında tələbələr direktorun “qayğısı” nəticəsində “elmimizin inkişafı naminə” 400-500 manat məbləğində puldan keçməli olublar.

Verilən məlumatlarda bildirilir ki, bu gün Bakı Sosial-Pedaqoji Kollecində təhsilin səviyyəsi indiyədək görünməmiş qədər aşağı düşüb. Xatırladaq ki, bu təhsil müəssisəsində Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə ixtisasları tədris olunur. Sessiya imtahanları isə, son bir neçə ildə aşkar şəkildə alver predmetinə çevrilib.

Kollecdə davamiyyət olduqca bərbad vəziyyətdədir. Belə ki, verilən bilgiyə görə tələbələrin dərsə gəlməmələri özü director üçün əlavə gəlir mənbəyidir. Çünki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100-150 manatdır. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.

Ümumiyyətlə, dərslərə gəlməmək ənənəsini tələbələr direktorlarından öyrəniblər desək yanılmarıq. Çünki,daxil olan məlumatlara görə director Vaqif Əmiraslanovun özünü iş başında tapmaq müşkül məsələdir. Kollecdə bütün səalhiyyətlər-xüsusilə də pulyığma məsələləri Əsəd müəllimə həvalə edilib. V. Əmiraslanov isə kosmos əsrində kolleci virtual olaraq idarə edir. Tələbələr hər ay dərsə gəlməmək üçün 150-200 manatlarından keçirlər. Görəsən Vaqif Əmiraslanov da bir ay işə gəlməmək üçün hansısa məbləğdən keçirmi ?

Şərhlər

XƏBƏR LENTİ