SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zeynalovun xəstəxanasında rüşvət təhqir olunur…

Zeynalovun xəstəxanasında rüşvət təhqir olunur…

Tarix:

7-04-2017, 14:33

/ 90 732 dəfə oxundu.
Zeynalovun xəstəxanasında rüşvət təhqir olunur…

Son 10 ildə Azərbaycanın səhiyyə sisteminin qurulmasına ölkə prezidenti İlham Əliyevin göstəridiyi səylər göz qarşısındadır. Şəsxən prezidentin nəzarəti altında tibb ocaqlarının yenidən qurulması və istifadəyə verilməsi böyük təşəbbus və rəğbət deməkdir.
Bakı şəhərində kökündən yenilənən səhiyyə ocaqlarının sayı durmadan artır. Ən son tibbi avadanlıqların alınaraq xəstəxanalarda quraşdırılmasının şahidi oluruq.

Di ğəl ki, yenə ölkə səhiyyəsində bir sistemsizlik, nəzarətsizlik və ən əsası rüşvət bitmir ki bitmir. Bu məsələyə bir qədər başqa konteksdən baxsaq, bu nə nəzarətsilik, nə sistemsizlik, nə də rüşvət deyil. Sadəcə buna bir “yaraşıqlı” ad tapmaq lazımdır. Ümumiyyətlə, rüşvət çox hörmətli anlayışdı. Avropa ölkələrində rüşvət sözünün dəyəri, hörməti və çox böyük cəzası var. Bu xəstəxanada rüşvət sözünə böyük hörmətzilik edilir…
Odur ki, 3-5 manata rüşvət adı qoymayaq. 1,3, 5 manatdan rüşvət olmazsa o zaman həkimlərin, qapıda dayanan işçilərin vətəndaşlardan aldığı o manatların adı nədir? Bəlkə bir ad qoyaq buna…
Əgər ali təhsilli həkim, tibb baçısı xəstədən 1, 5, 10 manat istəyirsə demək ki, hardasa boşuq, sistemsilik var. Nədir o boşluq? Bu boşluğu kim doldurmalıdır? Nazir, baş həkim, şöbə müdiri, vətəndaş yoxsa, kim?
Bakı şəhərində böyük bir xəstəxana var. 3 saylı Şəhər Klinik Xəstəxanası. Bu tibb ocağının baş həkimi də Fikrət Zeynalovdur. Xəstəxana təmirli və tibbi avadanlıqları da pis-yaxşı işləkdir. Amma ya baş həkimin zəifliyindənmi, ya da bilmədiyimiz səbəblərdən bu xəstəxanada addım atmaq pulnandı.
Təbii ki, baş həkim Fikrət Zeynalov əgər bu yazını oxusa bizimlə razılaşmayacaq. And aman edəcək ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında nə rüşvət var, nə də…
Amma F. Zeynalovun diqqətinə çatıdırm ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında biabırçılıq hokm sürür. Xəstəxanadakı şöbələrdə çalışanların işi peşəsi dəhlizdə ordan bura, burdan ora getməkdən ibarətdir. Hamı nəsə qazanmaq istəyir.
Konkret misal…
3 saylı Şəhər Klinik Xəstəxanasının Nevrologiya şöbəsi var. Burda içəri girmək qadağandır. Amma 1 manatdan sonra qapı üzünə taybatay açılır. Əsl biabırçılıq elə bundan sonra başlayır. Qeydiyyat şöbəsinin qarşısında azı 30 dəqiqə dayanandan sonra qapını əsəbi şəkildə açmasan sənə yaxınlaşan olmayacaq. Bundan sonra içəridən bir cavab gələcək – Gözləyin çöldə…”
Əgər hörmət etsələr təqribən 1 saatdan sonra səni çağırıb nəyə gəldiyini soruşacaqlar. 20 dəqiqə qeydiyyat aparan xanımı axtaracaqlar. Dəhlizə çıxıb onu səsləyəcəklər və 15 dəqiqə sonra lazım olan işçi qoltuğunda bir yığın kağız içəri girəcək. Niyə gəldiyini soruşub, “gözləyin 15 dəqiqəyə gəlirəm” deyib çıxacaq. 5 dəqiqə sonra görəcəksən ki, bu xanım yeni bir xəstə müştəri ilə bazarlaşır və onun sənədlərini götürüb gedir. 30 dəqiqə baraşdığı xəstənin sənədləri hazır olandan sonra gəlib “gözləyin gəlirəm” deyib yenə gedəcək. Bu minvalla 2 saat keçəcək və sonda bəlli olacaq ki, sənin qəbulunu pul təklif etmədiyin üçün uzadırlar.
Hələ, müayinə otağının qapısındakı acı dil xalaları demirik. Əlində 1 manatın qulağını görməsə, “gözlə həkim hələ gəlməyib, saat 10-da gələcək” cavabı veriləcək.
Soruşduqda ki, “iş vaxtı 9-da başlayır niyə həkim gəlməyib?”… Verdiyi cavab isə belə olacaq – “Aparatı qoşur”. Əcəba bu aparat bəyəm nədir ki, bunu 2 saata qoşurlar. 2 saata əməliyyat etmək olar, nəinki aparat qoşmaq. Nə var ki, qapıdan içəri girmək üçün 1 manat təklif etməmisən.
Yenə təkrar edirəım ki, baş həkim hörmətli Fikrət Zeynalov təsadüfən bu yazını oxusa belə (çünki onlar nə yazırsan yaz deyirlər böhtandır, şərdir) bununla razılaşmayacaq.
Nəhayət bir neçə saatdan sonra vətəndaş əgər qanun-qaydanı bilirsə məcbur qalıb Səhiyyə Nazirliyinin Qaynar Xəttinə zəng edəcək. Yenə heç bir nəticə yoxdur. 30 dəqiqə sonra yenidən Qaynar Xəttə zəng edəcək. Sonra sənə deyəcəklər ki, bu dəfə baş həkimi tapa bilmirlər. Və 10 dəqiqədən sonra baş həkimin müavini ilə əlaqə saxlamaq tövsiyyə olunacaq.
Uzun müsibətlərdən və Qaynar Xəttə dəfələrlə zəngdən sonra şöbə müdiri qaçaraq gəlib “filankəs kimdir, bizdən şikayət edir” soruşacaq. Azı 30 dəqiqə orda qışqır-bağır düşəcək, şöbə müdiri müavini günahlandıracaq, müavin vətəndaşı qınayacaq. 20 dəqiqə bu həkimlərə başa salmağa çalışacaqsan ki, “siz işinizi duzğun qurmamısız, vətəndaşlar 5 manata görə, bu qədər bezdirməyin”.
Əsl qırğın bu 5 manatı eşidəndən sonra başlayacaq. Pul verən adamın üzünə duracaqlar ki, “səndən heç kim pul istəməyib”. Beləliklə, düz 5 saatın gedəcək və sonra vətəndaş təhqir olunub sənədinə də ağızlarına gələni yazıb xəstəxanadan yola salacaqlar. Elə arxası ilə də bir söyəcəklər.
Hörmətli Fikrət Zeynalovun nəzarətindəki xəstəxanada bir şöbədə vəziyyət belədir. Hələ mən gün ərzində kordioloğiya şöbəsində ölən insanların sayını demirəm. Gün ərzində xəstəxanadan azı 3-5 meyit çıxırsa, demək ki…
Bəli, hörmətli Səhiyyə naziri Oqtay Şirəliyev də, baş həkim Fiktər Zeynalov da, onların timsalında bütün səhiyyə işçiləri bilir ki, ölkə səhiyyəsində vəziyyət budur.
Butun bunların fonunda tam əminəm ki, baş həkim Fikrət Zeynalov yenə də yazılanlarla razılaşmayacaq. Çünki heç kim öz ayranına turş deməz. Azərbaycan səhiyyəsində manatlıq rüşvətə son demək arzusuyla… Di salamat qalın!
bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ