SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı-Gəncə qatarı ləğv edilir

Bakı-Gəncə qatarı ləğv edilir

Tarix:

5-04-2017, 11:28

/ 60 963 dəfə oxundu.
Bakı-Gəncə qatarı ləğv edilir

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə, 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress” qatarı ləğv edilir.

Şərhlər

XƏBƏR LENTİ