SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ziya Məmmədovun müşavirinin istintaqı yekunlaşdı

Ziya Məmmədovun müşavirinin istintaqı yekunlaşdı

Tarix:

4-04-2017, 13:41

/ 39 262 dəfə oxundu.
Ziya Məmmədovun müşavirinin istintaqı yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam edib
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə R.Əhmədovun müdadiəsinə vəkil Ülkər Yusifova qoşulub.
Daha sonra hakim zərərçəkmişin həyat yoldaşı Dostuxanım Baxşıyevanın şahid qismində ifadə vermək üçün məhkəməyə gələ biımədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı ərizə göndərdiyini bildirib. Cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə baxışı aprelin 13-də davam etdiriləcək.
Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.
Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.
Çingiz Baxşiyev nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
R.Əhmədov ona elan olunmuş ittihamları qəbul etmir. O, günahsız olduğunu, qohumu Çingiz Baxşıyevin sifarişi ilə həbs olunduğunu deyir.
Uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışan Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.

Şərhlər

XƏBƏR LENTİ