SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...

Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...

Tarix:

31-03-2017, 10:07

/ 16 556 dəfə oxundu.
Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşının intiharının bəzi təfərrüatları məlum olub.

İntiharın dəqiq səbəbləri hələ tam aydın olmasa da, mərhum Natavan Allahverdiyevanın indiyə qədər bir neçə dəfə intihara cəhd etməsi müəyyənləşib. Bunun səbəblərinə gəlincə ilkin ehtimal kimi həmin şəxsin psixoloji probleminin olduğu irəli sürülsə də, bu, təsdiqini tapmır. Faciə baş verən ailəyə yaxın adamların sözlərinə görə, N.Allahverdiyevada psixoloji problem, hər-hansı xəstəlik olmayıb.

Qeyd edək ki, bu gün Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı intihar edib.

Qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ