SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nə oxuya, nə də yaza bilirəm” - “Şərurlu İsfəndiyar”

“Nə oxuya, nə də yaza bilirəm” - “Şərurlu İsfəndiyar”

Tarix:

29-03-2017, 17:06

/ 9 415 dəfə oxundu.
“Nə oxuya, nə də yaza bilirəm” - “Şərurlu İsfəndiyar”

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundov ifadə verib. O, istintaqa dediklərini təkzib edib, hətta müstəntiqə heç nə demədiyini bildirib.

İ.Axundov ibtidai istintaq zamanı onun adından yazılan ifadədən xəbərsiz olduğunu qeyd edib: “Mən orta məktəbi bitirə bilməmişəm. Ona görə də nə oxuya, nə də yaza bilirəm. Bu səbəbdən müstəntiqə dedim nətəhər məsləhətdisə, elə də yaz. Sonra vəkilimlə ikisi ifadəmi yazdılar. Amma nə yazıldığını bilmirəm”.

“Şərurlu İsfəndiyar” general Çovdarov və digər təqsirləndirilənlərlə heç bir əlaqəsinin olmadığını deyib.

Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.

İsfəndiyar Axundovun adından verilmiş ifadəylə bu linkə daxil olaraq yazının 7-ci abzasından tanış ola bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ