SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Aşıq Azərdən üzücü xəbər

Aşıq Azərdən üzücü xəbər

Tarix:

29-03-2017, 15:03

/ 6 985 dəfə oxundu.
Aşıq Azərdən üzücü xəbər

Bu gün Aşıq Azər Xanlaroğlu əməliyyat olunacaq. Bu barədə aşığın yaxınları məlumat verib.

Onların sözlərinə görə, əməliyyat Türkiyənin İstanbul şəhərinin özəl xəstəxanalarının birində baş tutacaq:

"Əməliyyat sol ayağında aparılacaq. Bu, damarların varikoz genişlənməsidir, el arasında "fil" xəstəliyi deyirlər. Azər xəstəliyin ən ağır formasını yaşayır. Həkimlər əməliyyatdan sonra onun Türkiyədə iki ay nəzarət altında qalacağını deyib. Əməliyyatın ilkin xərci 15.000 dollardır. Yəqin ki, əməliyyatdan sonra daha çox maliyyə vəsaiti tələb olunacaq".

Qeyd edək ki, Azər Xanlaroğlu uzun zamandır "Hepatit C" virusundan və damar genişlənməsindən əziyyət çəkir.

Şərhlər

XƏBƏR LENTİ